
Seyyid Taleh - Əgər Olmasaydı Zeynəb (Official Video)
Söz : Kəlami Fizuli Fəzli
Mus : Seyyid Taleh Boradigahi
Aranjıman : Fəriborz Xatəmi
Bu qara ələm yatardı, əgər olmasaydı Zeynəb
Səsimiz hara çatardı, əgər olmasaydı Zeynəb
Qolu bağlı getdi Şama, üsəranı etdi azad
Şuhəda qanı batardı, əgər olmasaydı Zeynəb
Nə ürəkdə tab olardı, əgər olmasaydı Zeynəb
Nə bu inqilab olardı, əgər olmasaydı Zeynəb
Uca qaməti büküldü, ucala sutuni tövhid
Bu bina xarab olardı, əgər olmasaydı Zeynəb
Ürək ah ilə dolardı, əgər olmasaydı Zeynəb
Şuhəda bağı solardı, əgər olmasaydı Zeynəb
Heyəti nəşri dinə, O xanımdı əsli bani
Evimiz xarab olardı, əgər olmasaydı Zeynəb
Nə Əbəlfəzl ilə Əkbər, nə o Qasımı münəvvər
Ələmi Hüseyn yatardı, əgər olmasaydı Zeynəb
Neçə zülmə gərdi sinə şəhi Zeynalabidinə
Sıra gör necə çatardı, əgər olmasaydı Zeynəb
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
/ seyyidtalehboradigahi
Facebook 👇
/ seyyid.taleh
instagram 👇
/ seyyidtalehboradigahi
Tiktok 👇
/ seyyidtalehboradigahi
Twitter 👇
https://x.com/taleasad...
Telegram 👇
https://t.me/seyyidtal...
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #EgerOlmasaydiZeyneb #SeyyidTaleh
Kanaldakı Videolar \WediaCorp Azərbaycan\ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: \WediaCorp Azərbaycan\ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!