
Seyyid Taleh - Ya Abbas (Official Video)
Söz : Kəlami
Mus : Seyyid Taleh
Aranj : Masoud Baghaei
Məzhəri iman, saqeyi ətşan ya Abbas
Canı do aləm adına qurban ya Abbas
Hameyi Quran ya Abbas
Can sənə qurban ya Abbas
Ümmübəninin ba ədəb oğlu saları
Sənsən Hüseynin dəşti bəlada sərdarı
Gərm olub əlhəqq sənlə məhəbbət bazarı
Səndədir xalqın dərdinə dərman ya Abbas
Hameyi Quran ya Abbas
Can sənə qurban ya Abbas
Ey edən ifa başdakı əhdu peymana
Canını verdin hədiyə huzuri canana
Şəm-i vəfasan nuruna aləm pərvana
İstə bu cəm-i qəbrinə mehman ya Abbas
Ruzi şəhadət sibqət alıbsan aləmdən
Şahı şəhidi sən qurtarıbsan hər qəmdən
Qət olan əllər etdi hifazət pərçəmdən
Qət olan əllər etdi həfazət pərçəmdən
Qolların öpdü şahi şəhidan ya Abbas
Hameyi Quran ya Abbas
Can sənə qurban ya Abbas
Başının üsdə gəldi Hüseyn çox dilxəstə
Yaralı başın aldı diz üstə ahəstə
Səslədi qardaş bax üzümə bir can üstə
Etdi fəraqın qəddimi çuqan ya Abbas
Çarəm azaldı ey mənə yavər poşteban
Halını Zeynəb bilsə bu hala ağlar qan
Oldu Rübabın dərdi bu çöldə bir dərman
Az qalır ölsün oğlu susuzdan ya Abbas
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
/ seyyidtalehboradigahi
Facebook 👇
/ seyyid.taleh
instagram 👇
/ seyyidtalehboradigahi
Tiktok 👇
/ seyyidtalehboradigahi
Twitter 👇
https://x.com/taleasad...
Telegram 👇
https://t.me/seyyidtal...
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #YaAbbas #SeyyidTaleh
Kanaldakı Videolar \WediaCorp Azərbaycan\ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: \WediaCorp Azərbaycan\ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!