Dəstək

Orxan Lokbatanli & Etimad Eliyev & Niyaz Bahman - İtirdin (Yeni 2025) Mp3 Mahnı Pulsuz Yüklə.

Orxan Lokbatanli & Etimad Eliyev & Niyaz Bahman - İtirdin (Yeni 2025) Mp3 Yüklə

Orxan Lokbatanli & Etimad Eliyev & Niyaz Bahman - İtirdin (Yeni 2025) Mp3 Yüklə

Orxan Lokbatanli Etimad Eliyev Niyaz Bahman - İtirdin

Söz/Mus: Orxan Lökbatanlı
Aranjıman: Etimad Əliyev
Gitar: Niyat Baham
Cover: NK Media
PR Menecer: Nadir Kərimov

Sözləri:

İstəmirdim sabah olsun,
Gecənin yuxusu gəlirdi.
Gecənin sonunda çünki,
Ayrılıq qoxusu gəlirdi.

İstədim körpə uşaq tək,
Əl açım Tanrıya birdən.
Deyim al canımı nolar,
Məni çək göylərə yerdən.

Bir telefon zəngi ilə dəyişdi hər şey,
\Ayrılırıq\ sözünü necə dilinə gətirdin?
Mən itirdiyim ömürə yanıram, sən isə,
Səni itirmək istəməyən birini itirdin.

Bir qanadsız quşa bənzər,
Dəli ruhum necə məyus.
Dilim istər ki danışsın,
Ürəyim əmr eləyər sus.

Nə danışsam nə desəm də,
Məni heç kim başa düşməz.
Sənə qarşı olan hisslər,
Düşünürdüm ki dəyişməz.

Bir telefon zəngi ilə dəyişdi hər şey,
\Ayrılırıq\ sözünü necə dilinə gətirdin?
Mən itirdiyim ömürə yanıram, sən isə,
Səni itirmək istəməyən birini itirdin.

Nəyi ki arzulayırdım,
Mən onun üçün çalışardım.
Bircə anlıq gülüşü üçün,
Hər əzabla barışardım.

Görüşüb üz-üzə hər gün,
Nə xəyallar ki qurardıq.
Nə xəyallar qalıb indi,
Nə də biz qalmışıq artıq.

Bir telefon zəngi ilə dəyişdi hər şey,
\Ayrılırıq\ sözünü necə dilinə gətirdin?
Mən itirdiyim ömürə yanıram, sən isə,
Səni itirmək istəməyən birini itirdin.

Orxan Lokbatanlı - nın ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#OrxanLokbatanli #EtimadEliyev #NiyazBahman


Üst