
Balabəy - Popuri 2 | Yeni 2026
Söz /Mus : Balabəy Ağayev
Aranj : Nazim Məmməli
Fotoqraf : Fərid Qasanov ( Tac Studio)
Yayım: Wediacorp Azerbaycan
Tərpət öz tellərini yatma ey ilham pərisi
Vəsf etmək istəyirəm aləmi dünyanı yenə
Ver izn nəzmə çəkim bir neçə misranı yenə
Görəsən varmı ki söz eşq sözündən baha
O həmi bəndəyə xoş getsin həmi Allaha
Elə bir söz de ki şair o toxunsun ruha
Hamı xatırlasın öz sevdiyi Leylanı yenə
Səni düşünəndən sora halıma baxdım
Əl açıb ulduzlara falıma baxdım
Yarını tərk eyliyən zalıma baxdım
Halıma baxdım halıma baxdım
Bir gün gecənin yarı
Yar gəldi mənə sarı
Boynundakı mirvari
Gözlərimi qamaşdırdı
Eşqdən nə desəm azdı
Onsuz həyat olmazdı
Şairlər əsər yazdı
Alimlər araşdırdı
Bir yanda söz ustadı
Bir yanda naz ustadı
Bəh bəh bu nə sevdadı
Kim gördü yaraşdırdı
Bir cavan balıqçını dərya qocaltdı qardaşım
Biz qocalmazdıq bizi dünya qocaltdı qardaşım
Biri sevdi biri istədi biri xoşlandı
Sevirəm sözünü dedinsə imtahan başlandı
Kimisi bir evdə öz sevdiyi ilə yaşlandı
Kimisin də bu həyat tənha qocaltdı qardaşım
Xəlvət otağında
Yarın qabağında
Bir bəlaya düşdüm
Ömrün bu cağında
Əhli hal olardım
Dinməz lal olardım
Bir çüt xal olardım
Yarın yanağında
Səndən sonra heç bir şey əvvəlki tək olmadı
Günü aya vurub ömrümə böldüm
Sən hər yadıma düşəndə öldüm
Hər gün üzüldükcə üzüldüm
Yarı canım qalmadı
Kimsə yox sakit otursun qulaq assın sözümə
Qalmışam mat məəttəl kimə irad eliyim
Tutalım əsrimizin həzrəti İsası mənəm
Bu soxa soxda nə cür möcüzə icad eliyim
Ömür də bir bəhanə zaman da bir bəhanə
Gedəndə bir bəhanə qalanda bir bəhanə
Bu kupletimi oxutsa quşbazlar oxudacaq
Oxuda oxuda özü üçün quşlara dən dağıdacaq
Nə olsa necə olsa qayıdan quş qayıdacaq
Küləy də bir bəhanə duman da bir bəhanə
Dünən gecə gedib dərinə düşündüm
Özümdən çox onun yerinə düşündüm
Əcəb həsrət qaldıq dost sözünə
Məzarında gözüm sataşdı gözünə
Görən o yanda dost tapıbmı özünə
Baxıb dostumun qəbirnə düşündüm
Ayıq piyannan oynamaz oynamaz
Durub yalannan oynamaz oynamaz
Yenə gedir Amerika İran söhbəti
Deyesen hədəf Türkiyədir növbəti
Türkü oyuna gətirməydi niyyəti
Türkdə plannan oynamaz oynamaz
Şəhid olsam anamı qoymayın ki ağlasın
Beli sınmış atamı qoymayın ki ağlasın
Ürək vurur bi ixtiyar vətən deyir vətən deyir
Onum tükənməz eşqi var vətən deyir vətən deyir
Bu vətən qan bahasıdır Mübarizin Fəridlərin
Var üstümüzdə haqqı var unutmuyaq şəhidlərin
Əlyar kimi igidlərin Polad kimi igidlərin
Ziyarətində daş məzar vətən deyir vətən deyir
➤Instagram’dan izləmək üçün; / balabey_official
➤TikTok’dan izləmək üçün; tiktok.com/@balabey_agayev
➤Apple Music’dən izləmək üçün; / balabey
➤Spotify’dan izləmək üçün; https://open.spotify.c...
Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: \WediaCorp Azərbaycan\ _ sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
#BalabeyAgayev #Popuri2 #Balabey