
Xumar Qədimovanın yeni mahnısı \Şükür Ki, Ölməmişəm\ YouTubeda yayında.
Musiqi: Xumar Qədimova
Söz: Sona Vəliyeva
\x5bBənd 1\x5d
Bir gün getsəm bu dünyadan
Elə bilməyin ölmüşəm
Elə bilin kimdənsə, nədənsə
Küsüb getmişəm
Bir mehriban baxışa
Şirin sözə bəndəm
Bəlkə, geri dönəm?
Bəlkə, geri dönəm?
Bəlkələr yol ola dönəm, kaş!
Dönəm bir ay işığına
Boylanam yer üzünə
\x5bNəqərat\x5d
Boylanam mənsiz qalan həyətimə
Boylanam mənsiz qalan həyatıma
Darıxan evim üçün, balam üçün
Sevgim üçün...
Darıxan balam üçün, yarım üçün
Evim üçün...
\x5bBənd 2\x5d
Hanı məndə o bəxt, görən?
Dönəm o bəxtəvər gözələ əvvəlki tək
Siz də ağlamayın bu gedişimə, doğmalar
Mənim nigarançılığımı başqa dünya götürməz
Qayıdacağam...
\x5bSonluq\x5d
Şükür Allaha, ölməmişəm!
Elə - belə bu dünyadan getmişəm
Qayıdacağam, qayıdacağam
Qayıdacağam...
➤Instagram: / xumarxuxu
➤TikTok: / xumarqedimovaofficial
➤Apple Music: https://apple.co/42og5Et
➤Spotify: https://spoti.fi/3SmP4wL
➤Deezer: https://bit.ly/3ufOwR5
➤Amazon Music: https://amzn.to/3SpiTwE
➤Shazam: https://bit.ly/42jRalB
Kanaldakı Videolar \WediaCorp Azərbaycan\ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: \WediaCorp Azərbaycan\ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
#XumarQədimova #Xumar #ŞükürKiÖlməmişəm