
Söz/Musiqi : Rauf Tağıyev
Aranjıman Mix : Rauf Tağıyev
Vidro : Rauf Tağıyev
\x5bBənd 1\x5d
Gedirəm baş götürüb buralardan gedirəm
Keçmişə xətt çəkirəm əbədiyyən silirəm
Qəlbimin eşq yarasın susdurub səs-sədasın
Biri tək ana duasın götürüb mən gedirəm
Qəlbimin eşq yarasın susdurub səs-sədasın
Biri tək ana duasın götürüb mən gedirəm
\x5bNəqarət\x5d
Mən bir qəm karvanıyam yüküm ağır dərdlə dolu
Üst tutub səhralara düzülə-düzülə gəlmişəm
Hər şeyini qurban edib ömrünü ziyan edib
Qayıqsız dənizlərdə süzülə-süzülə gəlmişəm
Mən bir qəm karvanıyam yüküm ağır dərdlə dolu
Üst tutub səhralara düzülə-düzülə gəlmişəm
Hər şeyini qurban edib ömrünü ziyan edib
Qayıqsız dənizlərdə süzülə-süzülə gəlmişəm
\x5bBənd 2\x5d
Canana can demişəm bilinməyibdir qədrim
Susmuşam dinməmişəm tükənibdir səbrim
Canana can demişəm bilinməyibdir qədrim
Susmuşam dinməmişəm tükənib daha səbrim