
Ədalət Şükürovun \Avara\ albomundan \Əzizim\ mahnısı artıq onlayndır.
Ədalət Şükürova YouTube-da abunə ol: https://mikpro.az/a.sh...
Müəllif: Ədalət Şükürov
Sözlər:
\x5bGiriş\x5d
Əzizim, canım, gözüm
Bu dərdə necə dözüm?
\x5bBənd 1\x5d
Əzizim, canım, gözüm
Bu dərdə necə dözüm?
Əzizim, canım, gözüm
Yollarda qalıb gözüm
Mənim kimi sevmədin
Mənə boyun əymədin
Əllərim ki dəymədi
Sevdim səni, nə fayda?
Aldandım, suç etdin
Bu sevdanı puç etdin
Atıb məni sən getdin
Sevdim səni, nə fayda?
\x5bNəqərat\x5d
Bənövşə bizim bağda
Lalələr uca dağda
Gül açır solda-sağda
Sən gələndə
Yağış da damla-damla
Yağarmış hey aramla
Gülüm, məni harayla
Sən gələndə
\x5bBənd 2\x5d
Səbrimi hicran kəsdi
Ayrılığa kim tələsdi?
Səbrimi hicran kəsdi
Ayrılığa, canım, kim tələsdi?
İz qoymadım dodaqda
Nə də ki al yanaqda
İndi sən də uzaqda
Sevdim səni, nə fayda?
Niyə məni hey yordun?
Eşqi mənə çox gördün?
Ürəyimdə tək durdum
Sevdim səni, nə fayda?
\x5bNəqərat\x5d
Bənövşə bizim bağda
Lalələr uca dağda
Gül açır solda-sağda
Sən gələndə
Yağış da damla-damla
Yağarmış hey aramla
Gülüm, məni harayla
Sən gələndə
\x5bBənd 3\x5d
Taleyim sənin olsun
Qəlbimə sevinc dolsun
Taleyim sənin olsun
Qəlbimə sevinc dolsun
Gözlərimə baxmadın
Damarımdan axmadın
Yollarıma çıxmadın
Sevdim səni, nə fayda?
Həmdəm oldun yada sən
Məni atdın oda sən
Eşqi verdin bada sən
Sevdim səni, nə fayda?
\x5bNəqərat\x5d
Bənövşə bizim bağda
Lalələr uca dağda
Gül açır solda-sağda
Sən gələndə
Yağış da damla-damla
Yağarmış hey aramla
Gülüm, məni harayla
Sən gələndə
Bənövşə bizim bağda
Lalələr uca dağda
Gül açır solda-sağda
Sən gələndə
Yağış da damla-damla
Yağarmış hey aramla
Gülüm, məni harayla
Sən gələndə
Bənövşə bizim bağda
Lalələr uca dağda
Gül açır solda-sağda
Sən gələndə
Əlaqə üçün: info@adaletshukurov.com
http://adaletshukurov.....
Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/a.sh...
Facebook: https://mikpro.az/a.sh...
Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/a.sh...
Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2025
Etiketlər:
#ƏdalətŞükürov #Əzizim #mikpro