
Lord Vertigo Nilay Sems - Yeni Mahni 2026
Söz/musiqi: Lord Vertigo (Nicat Əliyev)
Aranjiman: Lord Vertigo (Nicat Əliyev)
PR Menecer: Nadir Kərimov (NK Media)
Menecer: Pərvin Baxışlı (Baxışlı Media)
İnformasiya dəstəyi: Annabel Vibe (TikTok)
Sənətçi: Nilay Şəms
Sözlər: (lyrics)
Neynirem ki, mən səni qısqanmıram
eşqə düşüb, sən məni qısqanırsan
mən sənin ətrafına fırlanmıram
sən mənim orbitimdə fırlanırsan
sən məni əldə etmək istəyirsən
səni kim aldadıb axı, aldanırsan
xəyalların çox böyükdür, bəllidir
xəyallar yağışında islanırsan
Mənim tayım deyilsən
səndən özəl görünürəm
Ay, nə gözəl görünürəm
diqqət elə çalış sən
danışdığın sözlərə
utan biraz yaşından
ağıllı ol, yerini bil
başın getməsin sənin
vurarlar a başından
soruşdular kiməm mən
cavablarım sualdır
suallarım cavabdır
maraqlıyam hər kəsə
mən həm varam, həm yoxam
hər ikisi ehtimaldır
Çalış həyatda alçaq insan olma
sonda həyat məhv edər alçaqları
inanmışam mən buna sidq ürəkdən
inanc yerindən oynadar dağları
sən mənə istəyirsən hə, daha nələr
buna özünü dərk edən insan gülər
bax, hamıdan fərqli bir insanam mən
bu sevgi dostum sənə ağır gələr