
Şöhrət Məmmədov - Yaxşı Deyiləm (Official Video)
Abune ol: @shohretofficial
Şöhret Memmedov instagram: / shohrett
Söz/Musiqi: Şöhrət Məmmədov
Aranjiman: Fərşid Milani
Rejissor: Tural Xəlilov
Şöhret Memmedov - Yaxşı Deyilem (Şarkı Sözleri):
Gedəndə yollarına gözlərim zillənib,
Çəkdiklərimdəndimi beynim küllənib.
Hadisələr də sanki elə tənzimlənib,
Məni qoymur ki, gedim unudum dərdimi.
Xəcalətində gedişin təsvirlənib,
Sənə nifrət edirəm, ruhun kirlənib.
Buza dönürəm, boşuna qış təqsirlənib,
Əvvəl olsaydı, əllərim titrərdimi?
Daha səndən ulduzlarıma danışmaram,
Necə iyrənc qərar verdin, qarışmaram.
Bu ürəyi lənətə gəlsin, bağışlaram —
O adam sənə kim olduğunu göstərdimi?
İntiharmı edir arzular təsirlənib?
Qəsdə hər an hazırdı, boynu kəndirlənib.
Ruhum əl çəkmir, ayağına zəncirlənib,
Ürək hər şeyi belə olsun istərdimi?
Bu mahnılardakı mən deyiləm…
Necə hisslərdiki baxışın eynən?
Bəlkə ölmüşəm sənsiz, insan —
Mənə maraqlan… yaxşı deyiləm.
Kanaldaki Videolar \WediaCorp Azerbaycan\ Shirketi Terefinden Muellif Huququ ile Qorunur.
Hörmetle: \WediaCorp Azerbaycan\ Sizlerin deyerini qazanan ve sizlere deyer veren №1 şirket!
#ŞöhrətMəmmədov #YaxşıDeyiləm #ŞöhrətYaxşıDeyiləm