
Zenfira İbrahimova - İtgin Gelin
Mahnı Sözləri : İtgin Gəlin
Söz: Əlibaba Hacızadə
Mus: Cavanşir Quliyev
İfa : Aygün Kazımova
Ölüm bu dünyanın o üzündədir,
Bu üzü dünyanın güldür, çiçəkdir.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdir...
Sızlama, ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həmdə şirindir.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzaba dözənlərindir...
Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Ömrünü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir..
Sızlama, ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həmdə şirindir.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzaba dözənlərindir...
Zenfira İbrahimova - nın ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!