
x13əhram’ın yeni single tracki “Şəhrizad” Artiq Yayinda !
x13əhram’a YouTube-da abunə ol: / @x13əhram
Spotify: https://open.spotify.c...
Söz/Musiqi: Bəhram Xəlilov
Miks və Masterinq: Bəhram Xəlilov
Aranjiman: Bəhram Xəlilov
Video: Xəyal Bəhərçinov
x13əhram’ı sosial şəbəkələrdə izlə: ↓
/ x13ehram
/ x13ehhram
bütün hüquqlar “Bəhram Xəlilov” tərəfindən qorunur. ©️ 2026
Etiketlər:
#x13ehram #x13 #x13əhram #sehrizad #trap #azerbaycan
Sözlər:
Demə boş şeydi məhəbbət, veribsə gəncliyi xəlvət
Badına yarım əfv elə, bu canı al get məndən.
Sonra bir kəlam vəda, masamda dolar badələr
İçərəm yoxluğuna bu gün sabahın canı cəhənnəmə.
Yox idi əlimdə güllər, yuxu idi sevgi səninlə
Ürəyimdən qopan bir ağrı var ki, yeri-göyü titrədər.
Amma sən bilməzsən, gedirsə gəncliyim əldən,
Qalır xatirələr, amma bir də dönməz o illər.
Sənin də yanlışın var, bu yolda yanmışam bax,
Bura bir qaranlıqdır, otağımda yanmır işıqlar.
Yalan var hər qarışında, mən səninlə necə barışım bax
Səninlə qurduğum o yolda inan, yalnızam inan.
Artıq vaxt keçir, zaman yoxdur geriyə qayıtmaq
Nə aylar öz sözün deyir, nə illər əlimdən tutar.
İndi sən yoxsan, nə fərqi, mən varam,
Bu tərk-i dünya davam edir, yanında mən olmaram.
Mən ən gözəl günlərimi sənlə yaşayardım,
dil dolaşarmı, qürurum həddini aşarmı?
bir acı söz bir ev yıxar bərabərində,
Mənim itirdiyim, yıxılan həmin o evim sənsən.
Demə boş şeydi məhəbbət, veribsə gəncliyi xəlvət
Badına yarım, əfv elə, bu canı al get məndən.
Sonra bir kəlam vəda, masamda dolar badələr
İçərəm yoxluğuna bu gün sabahın canı cəhənnəmə.
Yox idi əlimdə güllər,yuxu idi sevgi səninlə
Ürəyimdən qopan bir ağrı var ki, yeri-göyü titrədər.
Amma sən bilməzsən,gedirsə gəncliyim əldən
Qalır xatirələr, amma bir də dönməz o illər.
Həyat həzz etməz gecikən və tələsəndən
Səsim gəzdi bütün aləmi, bir səs yoxdu hələ səndən.
Axı olmur sən istəsən də, nə qədər mən istəsəm də
Bu gün söhbət səndən getsin ömür də məndən.
Bir gərəksiz könül var,çətin sevgilim,
Nə asan istəmirəm mən,nə qəliz sevgini.
Ayrılıq intizarımız üzər tək məni,
Sən üzülmə, mən sənə qıymaram sevgilim.
Nə uzun keçdi ömür, bitmədi yaz, yay qısa,
Qarışdı bu eşqimiz son aylarda çağlayan.
Bir buludtək istədim yarı mən öz canımdan,
Amma olmur istəməklə, olmur əzizim.
Demə boş şeydi məhəbbət, veribsə gəncliyi xəlvət,
Badına yarım, əfv elə, bu canı al get məndən.
Sonra bir kəlam vəda, masamda dolar badələr
İçərəm yoxluğuna bu gün sabahın canı cəhənnəmə.
Yox idi əlimdə güllər, yuxu idi sevgi səninlə
Ürəyimdən qopan bir ağrı var ki, yeri-göyü titrədər.
Amma sən bilməzsən, gedirsə gəncliyim əldən
Qalır xatirələr, amma bir də dönməz o illər.