
Vefa Serifova - Sari Ciceyim
Söz: Aqil Məmmədov
Mus: Ramil Əliyev
Sözləri:
Xəyalımda qucaqladım belini,
Xatırlayır barmaqlarım hər telini.
Qollarıma sar, çiçəyim, sar telini,
Xatırlayır barmaqlarım hər telini.
Sən al apar sevgimi, sarı çiçəyim,
Xəzan olan ömrümə sarı küləyim.
Sən al apar sevgimi, sarı çiçəyim,
Sarı gəlin ömrümə sarı küləyim.
Dərdi, dərdi, dərdi,
Dərdi, dərdi, dərdi vermə, dünya.
Dərdi, dərdi, dərdi,
Dərdi, dərdi, dərdi vermə, dünya.
Xəyanətin yıxdı mənim iç qanımı,
Öldürmək istəsən, al canımı.
Mələklər bürüsün dörd yanını,
Öldürmək istəsən, al canımı.
Vəfa Şərifova - nın ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#VefaSerifova #Sariciceyim #VefaSerifovaMusic