
Vasif Azimov - Hardan Düşdün Sən Yadıma Bu Gecə
Ifa: Vasif Əzimov
Aranjiman: İlqar İlham
Söz: Zenfira Əlişqızı
Mus:Cabbar Musayev
Repertuar: Nazənin
Pr Menecer: Firdovsi Resul (0705608222)
Sözlər:
Baxışların qara etdi günümü,
Xatirələr ovutmayır könlümü.
Möhnətini necə çəkim, de necə?!
Hardan düşdün sən yadıma bu gecə.
O tənhalıq mənlə getmir heç yola,
Nə olar, qayıt , qoyma gözlərim dola.
Yaşayırıq ömrümüzü beləcə,
Hardan düşdün sən yadıma bu gecə...
Fikirlərim yenə yaman qarışdı,
Duyğularım od tutuban alışdı.
Dedim bəlkə xatirələr yan keçə,
Hardan düşdün sən yadıma bu gecə...
Necə dözsün ayrılığa bu ürək,
Gözlərimi yummayacam sübhədək.
Qəsd edəcəm mən özümə beləcə,
Hardan düşdün sən yadıma bu gecə...
➤Kanala abunə olmaq üçün;
http://wedia.link/Vasi...
➤Instagram’dan izləmək üçün;
http://wedia.link/vasi...
#VasifAzimov #Bugece #VasifBuGece
Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: \WediaCorp Azərbaycan\ © Videonun başqa youtube kanallarinda yayımlanması qadağandır !!!