
Üzeyir Mehdizadə - İzlə Məni
Söz, Musiqi: Üzeyir Mehdizadə
Aranjiman: Üzeyir Mehdizadə
Mix / Master: Üzeyir Mehdizadə
Youtube Menecer: Nadir Kərimov
\İzlə Məni\ - Sözləri (Lyric)
\x5bNəqarət\x5d
İndi həsrət ilə baxım get kənardan izlə məni
Ürəyin partlayacaq intizardan izlə məni
\x5bBənd 1\x5d
Adiləşmişdi daha sevgini göstərmirdin
Yanında idim sənin onda dəyər vermirdin
Sənə hər bir kəsdən yaxın idim görmürdün
Daha məhrumsan həmin ixtiyardan izlə məni
Get kənardan izlə məni
\x5bBənd 2\x5d
Cəsarətin çatırsa gizlə paylaşımlarımı
Olduğum səhifələrdə gözlə paylaşımlarımı
Tez tez görmək üçün izlə paylaşımlarımı
Bax özün düşdün uzaq bu cür yardan izlə məni
\x5bBənd 3\x5d
Etdiyin əməllərə davam etdin usanmadın
Mən sənə dayan dedim etmə dedim dayanmadın
Bezib hər şeydən,bir gün gedərəm inanmadın
Sənə əl eylədim gedən qatardan izlə məni
Üzeyir Mehdizadə - nin ifasında təqdim olunan “İzlə Məni” adlı bu audio və video məzmun \Uzeyir Production\ tərəfindən rəsmi şəkildə qorunur. Məzmunun icazəsiz kopyalanması, yenidən yüklənməsi və təkrar yayımı qadağandır.
© Uzeyir Production. Bütün hüquqlar qorunur