
Rüstəm Yağmur - Sevgili Canan
İlk İfaçı: Çayçı Qədeş Bala
Söz, Musiqi: Tərlan Novxanı
Mix / Mastering: Vüsal Ömərov
Rejissor: Sənan Hüseynov
PR Menecer: Nadir Kərimov
Sözləri:
Sevgi məktəbə bənzəyir.
Yaxşı və pis qiyməti var.
Hər insanın öz yolu var.
Hər kəsin öz qisməti var.
Sevən zaman düşünmürük,
Ayrılığı həsrəti var.
Amma elə səbr eyləyirik,
Hər şeyin öz müddəti var.
Yox edən dərdimə dərman,
Ölürəm sevgili canan.
Gedirsən özgə biri ilə,
Baxıram gözləri geri yan.
Qəmli-qəmli baxma mənə,
Məndə günah görmə, gülüm.
Sabah sənin toy günündü,
O günü görməyim, mən ölüm.
Mənim ürəyim səndə qalıb,
Özgəyə yar demir dilim.
Təəssüf inandım sənə mən,
Verdim ürəyimi, sevgilim.
Qaranlıq bir otağdayam,
Sənnən də tutmuram xəbər.
Mən səni nə üçün düşünüb,
Cavanlığımı etdim hədər.
Daha görsən tanımarsan,
Qalmayıb heç mənən əsər.
Sən də özgə ocağdasan,
Dərdin varmı mənim qədər?
Luna Music House kanalında yayımlanan bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#LunaMusic #RustemYagmur #SevgiliCanan