Dəstək

Qaraqan — Tənhalıqdan Ayrıldım Mp3 Mahnı Pulsuz Yüklə.

Qaraqan — Tənhalıqdan Ayrıldım Mp3 Yüklə

Qaraqan — Tənhalıqdan Ayrıldım Mp3 Yüklə

Retroqradı yalnız küçələrində gəzməklə dərk etmək mümkün deyil. Bəzən bir evin, bir binanın pəncərəsindən içəri girmək gərək — görünməz bir ruh kimi otaqlara süzülmək… Elə bir anı tutmaq ki, iki gəncin sevgi dolu baxışlarında zaman donsun və sən onların həyatına şahid olasan.

Onlar sevirlər… Dünyanı dəyişəcək qədər böyük ümidlərlə doludurlar. Retroqrad kimi boz bir şəhərin qaranlığında da sevgi öz köklərini torpağa buraxır, yasəmən tək çiçəkləyir. Bir anlıq qəlblər yaşayır, arzular nəfəs alır…

***

Mahnının sözləri:

Səni gördüyüm an
Tənhalıqdan ayrıldım
Tənhalığı tərk etdim
Səni gördüm — ayıldım

Günəşin şəfəqləri süzülür pərdələrin arasından, divara
Sağollaşıb qış ilə, biz bürünürük yeni bahara
Gözlərimiz ümid ilə dolu
Uzanıb baxırıq tavana
Buruqları qucaqlayır qolumu
Nə gətirir gələcək, bilmirəm yolun sonunu
Amma dəqiq bilirəm ki, sənsiz olmur

Dedi: \Bəlkə buraları tərk edək
Gəmilərə yelkənləri bərkidək
Bağışlayaq bütün dünyanı, biz əfv edək
Keçmişimizi yandıraq, məhv edək\

Dedim: \Səni gördüyüm an
Anladım, xoşbəxtliyim — sənin güldüyün an
Əllərin... sən incə ki, əllərin,
İstərəm bağlasın gözlərimi öldüyüm an\

Səni gördüyüm an
Tənhalıqdan ayrıldım
Tənhalığı tərk etdim
Səni gördüm — ayıldım

Günəşin şüaları süzülür, divarlara çəkir rəsm
Barmaqlarım saçlarında gəzir
Sən gülürsən
Amma gələcəyin yükü ağır — çiyinlərim əzilir

“Sabah nə olacaq?” — soruşsa, mən nə deyim?
Həyat axı deyil hədiyyə
Gözümüzü bağlayıb bu sevgi dumanı
Uçurumun kənarıyla gəzirik

Həyatımın bahar fəsli
Ya mən bir çiçəyin əsiri
Süni sevgilərin arasında
Mən, deyəsən, tapdım əslini

Səni gördüyüm an
Tənhalıqdan ayrıldım
Tənhalığı tərk etdim
Səni gördüm — ayıldım


***

Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!
https://qaraqan.org/bi...

Instagram
  / qaraqanmusic  

Spotify
https://open.spotify.c...

X
  / qvrvqvn  

İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
https://qaraqan.org/elaqe

Rəsmi saytımız:
https://qaraqan.org


Üst