
Və budur RETROQRAD (albom, 2025) — sona çatdı.
Bizimlə bu təcrübənin bir parçası olduğunuz üçün sizlərə təşəkkür edirik. Bu albom canlı orqanizm kimi, bizim Yaradıcı Birliyimizin və sizin şərhlərinizin, fikirlərinizin, hər mahnıya göstərdiyiniz marağın nəticəsində yarandı. Düzəlişlər edildi, bəzi mahnılar siyahıdan çıxarıldı, bəziləri isə əvəzləndi. Beləcə biz birlikdə Azərbaycan mədəniyyətinə bu konseptual işi hədiyyə etdik.
Retroqrad musiqi albomu kimi çıxdığı andan böyük uğurlara imza atdı. İçində artıq anında hit olmuş mahnılarla yanaşı, köhnə, doğma albom mahnıları da yer aldı. Retroqradın hazırlanmasında onlarla şəhərdən yaradıcı insanlarla iş birliyi qurduq; yaradıcı proses uzun, maraqlı və əziyyətli oldu.
Azərbaycanda Retroqrad bu ilklərə imza atdı:
İlk konseptual əsər-albom
İlk parallel universe
İlk süni intellektlə yaradılmış personality (Leyli)
İlk city legends və comics qəhrəmanları (Dərəcə, Ruh)
Vokalistlərin ilk dəfə süni intellektlə qocaldılmış səslərinin sintezi
İlk retrofuturistik janrda yaradıcılıq növü
Cəmiyyətin böyük hissəsi bunu anlamasa belə, bizlər üçün bunu anlayan və bu işdən həqiqi intellektual həzz ala bilən insanların olduğunu bilmək yetərlidir. Amma unutmayın, bütün bu albomun həvəsi bizə sizin Mədrəsələrdə iştirakınız nəticəsində oldu. Çünki çabalarımızın boşuna getməməsi yaradıcı birlik üçün ən böyük ilham mənbəyidir. Ona görə də Mədrəsəyə qoşulmuş, dəstək olmuş hər bir kəsin bu işdə əməyi var. Sizə və bizə bu maraqlı işləri Azərbaycana qazandırdığımız üçün sonsuz təşəkkürlər!
Side Effect
Bu isə albomun sonuncu mahnısı, daha doğrusu filmin titrləridir. Mahnının formatı da standartlardan fərqlənir. Mahnı Retroqrad tərzində sadəcə normal mahnı kimi başlayır: bir nəfərin sevgi hekayəsi, parkda sevgilisini gözləməsi, həzin nəqarət. Nəqarətdən sonra isə sanki filmlərdə olduğu kimi kameralar və fokusumuz Retroqradı tərk edir. Daha üstdən bu xəyali şəhərə baxırıq və onun yaradıcıları ilə tanış oluruq. Retroqradın içində deyil, Retroqrad və yaradıcı proses haqqında daxili bir monoloqla albomu və onun sehrli dünyasını tərk edirik.
Yaxşı bəs bir daha bu tilsimli şəhərə dönəcəyikmi — bunun sizin dəstək və zaman göstərəcək. Təşəkkürlər!
***
Mahnının sözləri:
Yağışlar yolları bəzər
Addımlar — biri parkı gəzər
Soruşma, soruşma yar
Niyə qəlbi əsər
Retroqradın gecələri bir başqa gözəl
Bir başqa hekayə dinlə, bir başqa gözəl
Onun içi dolu birinci görüşün həyəcanı
Parkı o başa bu başa gəzər
Yağış, sonra qar, qar sonra külək
Soyuyub bir az, amma deyir qal bir az, ürək
Say bir az, ürək deyir dəqiqələri
Gələcək bir azdan, gözləyək, gəl bir az da gözləyək
Yağışlar yolları bəzər
Addımlar — biri parkı gəzər
Soruşma, soruşma yar
Niyə qəlbi əsər
Retroqradın içi dolu qafiyələr ilə
Retroqradın içi dolu yüz binalar ilə
Retroqrada gətirər sizi bu paslı tramvay
Susan ürəkləri gətirərik dilə (eh)
Bizə ver 1001 gecə, edək 1001 xırdavat
Bu qaranlıqlar ilə döyüş de
Neçə kilovat, neçə lumen, neçə herz
Hər qulağa çata deyə yazmalıyıq
Neçə “Черный Бумер”, neçə Benz
Neçə “Vans” divarlara qarşı
Neçə “hit”, neçə “dance” ilanlara qarşı
Leyli neçə “Prince” görməli ki sonda qaça biz ilə
Birliyimiz yaradıcı deyil, sizə izlədiyiniz o dizilər
Bura fucking MadHouse, burda hamı bir az şizi, hə?
Dizimizi yerə vurmaq istəyənlər döyəcək dizinə
Keçəlinə çırtma vurmuşuq biz neçə Vin Diesel-in
(haha)
Sürürük bu Hurley-ni, nə qədər dolu dizeli
Harasıdı hələ bu, bu filmin teaser-i
Biz Retroqradın televizoruyuq gecələri böyüklər üçün
Paxıllıqdan hamı mız eləyir
Ay qa, gətirik intibahı
Ə, nədi ə, pis eləyirik?
Repi nətər qayırarlar — hamı bilir
Bax o bilmədiklərinizi biz eləyirik
Əyri qoyub düz eləyirik
Necə istəyirik, elə yelləyirik
İllər ilə hazırlaşan əlaçıları bu gic eləyir, çünki “ikinci” eləyir
Gec edib güc eləyirik
Necə təsadüfən günəş ulduzları çıxmağı ilə puç eləyir
İstəmədən olur, vallah, side-effect “круче” eləyirik
Nə əski tapır bu dərzi, götürür köhnə dəri, yeni cheat sheet-dən yenə Gucci eləyirik
Yağışlar yolları bəzər
Addımlar — biri parkı gəzər
Soruşma, soruşma yar
Niyə qəlbi əsər
***
Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!
https://qaraqan.org/bi...
Instagram
/ qaraqanmusic
Spotify
https://open.spotify.c...
X
/ qvrvqvn
İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
https://qaraqan.org/elaqe
Rəsmi saytımız:
https://qaraqan.org