Dəstək

Orxan Zeynallı — Torpaqdan Ev (Rəsmi Audio) Mp3 Mahnı Pulsuz Yüklə.

Orxan Zeynallı — Torpaqdan Ev (Rəsmi Audio) Mp3 Yüklə

Orxan Zeynallı — Torpaqdan Ev (Rəsmi Audio) Mp3 Yüklə

Orkhan Zeynalli-nın “Torpaqdan Ev” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozey...

Kover Foto: Vüsal Rüstəmov
Miksinq və masterinq: Adil Nəcəfov

Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...

Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...

Sözlər:

\x5bNəqərat\x5d
Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
Olmaz bir qarışından düşmənə pay, Qarabağ

\x5bBənd 1\x5d
Salam, əsgər, danışır vətən, sağ ol ki, varsan
Bünövrəsi millət olan evdə sən bil ki, divarsan
Həm oğulsan, həm ata, həm qardaş, həm də ki, yarsan
Bilirdim gələcəksən, 30 ildir tərki-diyarsan

Döyüşə gedir igidlər, gedir ömürlük yurda
Əmrini verir komandir, qışqırır bölük - “burda”
92 fevralında qar içində qaçan körpələr
Əridib buzları içində, böyüyüb, dönüb qurda

Döyüşə gedir igidlər, qulaqlarında - Dəyirman
“Ya Qarabağ, ya ölüm”, “Kor zabit”, Okaber – “Taboo”
“Guantanamera” - marş, igid əsgər - “Şəmistan”
Sənə hər an can qurban, sən olasan gülüstan

Nigaran ananın göz qapaqlarında gir islan
Əllərindən öpürəm, ana, qəlbində bitsin üsyan
Doğşun günəş camalında, kəsilsin əbədi leysan
Oğlun bitirdi hicranı, evinə dönür gör neçə insan

\x5bNəqərat\x5d
Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
Olmaz bir qarışından düşmənə pay, Qarabağ

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
Olmaz bir qarışından düşmənə pay, Qarabağ

\x5bBənd 2\x5d
Bağışlasın şəhid anaları qələbə sevincimizi
Şad olur ruhlar düşmənin yerə dəyincə dizi
Sizin göz yaşlarınıza qurban hər nəfəsimiz
Xeyirin açarı bizdədir, açılır şər qəfəsimiz

Vicdanım vermir izn qürbətdən döyüşə səsləyim
Yazmaq asandır mahnılar isti otaqlardan
Ədalət eşdi də qoymur yazım, “döyüşü kəs” - deyim
Sizin silah üstün qələmdən soyuq torpaqlarda

Könüllü gənclər küçədə, əyilməz ordu bizdə
Bu döyüş Mübarizin adına layiq sonluq istər
Yaxşı ki, var idin, Çingiz, bu tarix sənlə başladı
Cəbhədə demir heç kim, bu gün - “qayıdın, nə olub sizə…”

Döyüş başlar, masalar boşalar, danışıq bitər
Həsrətin üzdüyü torpaqlarımıza qayğı verək
Qulaqlarını aç, Qarabağ, danışır vətən
Qapını aç, Qarabağ, övladların qayıdır evə

\x5bNəqərat\x5d
Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
Olmaz bir qarışından düşmənə pay, Qarabağ

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
Olmaz bir qarışından düşmənə pay, Qarabağ


Orkhan Zeynalli tərəfindən ifa olunan “Torpaqdan Ev” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro” MMC tərəfindən qorunur. © 2020

Etiketlər:

#OrkhanZeynalli #TorpaqdanEv #mikpro


Üst