
Orxan Lökbatanlı - Qış Gecəsi
Söz: Orxan Lökbatanlı
Musiqi: Orxan Lökbatanlı
Aranjiman: Etimad Əliyev
Cover: NK Media
PR Menecer: Nadir Kərimov
Sözləri:
Hamı oturub qeyd eləyir bayramı
Sevdiyi bir nəfərlə.
Mən isə tək gözləyirəm axşamı
Həsrətilə, kədərlə.
Bütün sevənlər isinib eşqinə
Soyuq qış gecəsində.
Mən isə tək qarşıladım təzə ili
Köhnə xatirələrlə.
Gözlərim həsrətlə yolunda qaldı,
Sən bu ildə gəlmədin, ömrüm-günüm.
Cavanlığımı həsrət əlimdən aldı,
Nə cür keçir, bilmədim ömrüm-günüm.
Mən bu məhəbbətin yolunda azdım,
Sənli xəyallar bürüyüb hər yeri.
Yenə bir ümidlə yeni mahnı yazdım,
Bəlkə eşitsən, qayıdarsan geri.
Gəl bir olaq, Allaha da xoş gedər,
Gəl bir olaq, mələklər də sevinsin.
Gəl ki, gözlərimizdən itsin kədər,
Gəl qovuşaq, ürəklər də sevinsin.
Gəl özün də gör necə darıxıram mən,
Bəlkə də çatmır sənə mən deyənlər.
Düzdür, mənim xətrimə çox dəymisən,
Çıxıb yadımdan daha sən deyənlər.
Orxan Lokbatanlı - nın ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#OrxanLokbatanli #QisGecesi #OrxanLokbatanli2023