
Orxan Lökbatanlı - Eşqin Qadını (Yeni 2024)
Söz: Orxan Lökbatanlı
Musiqi: Orxan Lökbatanlı
Aranjiman: Etimad Əliyev
Rejissor: Sənan Hüseynov
PR Menecer: Nadir Kərimov
Sözləri:
Sil baxışlarından, sil kədərləri,
Orda var həsrətin şahəsərləri.
Yeni bir səhifə aç, gəl qara gözlüm,
Sənə gülmək yaraşır, gül gülər üzlüm.
Canınla eşqinə sadiq birisən,
Qoy bütün şairlər yazsın adını.
Sən xoşbəxt olmağa layiq birisən,
Sənin bir adın var — eşqin qadını.
O qədər zərifsən, ey nazlı nigar,
Ruhumu məst edən ədaların var.
Ilıq nəfəsindən eşqin süzülür,
O anda hər şeydən əlim üzülür,
Ilıq nəfəsindən eşqin süzülür,
O an bu dünyadan əlim üzülür.
Orxan Lokbatanlı - nın ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#OrxanLokbatanli #EsqinQadini #Orxan2024