Dəstək

Niyaməddin Musayev — Unut Məni (Official Audio) Mp3 Mahnı Pulsuz Yüklə.

Niyaməddin Musayev — Unut Məni (Official Audio) Mp3 Yüklə

Niyaməddin Musayev — Unut Məni (Official Audio) Mp3 Yüklə

Söz: Telli Pənahqızı
Musiqi: Niyaməddin Musayev


Mahnı sözləri:

Sən dağ idin, mən sənə sığınan bir şəlalə,
Sən çiçəkdin, mən dan yeri səni öpən bir jalə.
Sən məst idin bu eşqdən, mənsə meysiz piyalə,
Unut məni, unut daha, məni də bir nağıl bil!
Unut məni, unut daha, məni də bir nağıl bil!

Hər şeyin ilki gözəl, sonu qəmmiş, kədərmiş,
Səni bu qədər sevib, bel bağlamaq hədərmiş.
Ömrümüz bir dağ çayı, hey çağlayıb gedərmiş,
Ötən günlərə dönmə, yaddaşından məni sil!
Unut məni, unut daha, məni də bir nağıl bil!

Mən ki, bir nəğmə idim, sonadək oxunmadım,
Yüz yol könlümə dəydin, qəlbinə toxunmadım.
Nə dünyadan, nə səndən mən ki, heç nə ummadım,
Sənə olan bu sevgim heç vaxt tükənən deyil!
Unut məni, unut daha, məni də bir nağıl bil!

Sən müqəddəs bir işıq, sən Pirim, Kəbəm idin,
Sən ürəyim, nəfəsim, sən gözüm, didəm idin.
Səni özümə sirdaş, can yoldaşı bilirdim,
O əlçatmaz sevgidən qalan oddur, kül deyil!
Unut məni, unut daha, məni də bir nağıl bil!


Üst