
Niyaməddin Musayev Official
Mahnı sözləri:
Eşq əlindən gəldim dada
Axır məni saldın oda
Ölüm yoxsa bu dünyada
Halım yalvara-yalvara
Alım yarın qadasını
Belə yalvara-yalvara
Alım onun qadasını
Belə yalvara-yalvara
Gül üzlü yar bəyənmişəm
Nazın çəkmək olub peşəm
Rəhm eylə pisdir demişəm
Halım yalvara-yalvara
Alım yarın qadasını
Belə yalvara-yalvara
Alım onun qadasını
Belə yalvara-yalvara