
Musiqi: Niyaməddin Musayev
Söz: Məmməd Rahim
Mahnı sözləri:
Demişdin gələrəm, yar
Düşən zaman qaranlıq
Quşlar öz yuvasına döndü
Niyə gəlmədin?
Özündən qabaq gəlib
Həsrətin, nigaranlıq
Al şəfəqlər üfüqdə söndü
Niyə gəlmədin?
Lampalar siyah saçır
Ətraf işıqlandı gəl
Yoluna nur səpməyə
Ürəyimdə yandı gəl
Gəl qoşa seyr edək
Bu çıraqban gecəni
Gəl qəlbimin taqəti
Gəl qəlbimin işığı
Sənsiz necə xoşlayım
Bu mehriban gecəni
Gəl ki, güssə gəlməsin
Sevindir bu aşiqi
Lampalar siyah saçır
Ətraf işıqlandı gəl
Yoluna nur səpməyə
Ürəyimdə yandı gəl
Niyaməddin Musayev - in ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#NiyameddiMusayev #UreyimdeYandiGel #NKMedia