
Mətanət İsgəndərli - Oğlum
Söz/Mus : Murad Həsənli
Sözlər:
Oğlum sən mənim cavanlıq əksim
Mən sənin yaşlı nümunən
Oğlum sən gələndən bu həyata
Xoşbəxtəm mən o gündən
Hər zaman atam deyəndə
Qamətli şux yeriyəndə
Öpəndə əzizləyəndə
Doymuram xoş nəfəsindən
Nəqarət
Oğlum sən mənim cavanlıq əksim
Mən sənin yaşlı nümunən
Oğlum sən gələndən bu həyata
Xoşbəxtəm mən o gündən
O dəcəllik maraqların
Mənə çəkdiyin dağların
O şirin şuluq çağların
Elə bil olubdur dünən
Nəqarət
Oğlum sən mənim cavanlıq əksim
Mən sənin yaşlı nümunən
Oğlum sən gələndən bu həyata
Xoşbəxtəm mən o gündən
Səni Allah nəcib etsin
Bəd nəzərdən qərib etsin
Böyüdükcə nəsib etsin
Nə keçirse ürəyindən
Nəqarət
Oğlum sən mənim cavanlıq əksim
Mən sənin yaşlı nümunən
Oğlum sən gələndən bu həyata
Xoşbəxtəm mən o gündən
➤Instagram’dan izləmək üçün;
/ metanet__isgenderli
➤TikTok’dan izləmək üçün;
https://www.tiktok.com...
Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: \WediaCorp Azərbaycan\ © Videonun başqa youtube kanallarında yayımlanması qadağandır!
#Metanetİsgenderli #Oglum #Metanet