
Azərbaycanın Xalq Artisti Səidə Quliyevaya xüsusi təşəkkürümüzü bildiririk.
Murad Arifin Orkhan Zeynalli ilə birgə ifa etdiyi \ÜZR\ parçası artıq onlayndır!
Murad Arifə YouTube-da abunə ol: https://mikpro.az/mura...
Musiqi və söz: Murad Arif
Rep: Orkhan Zeynalli
Balaban: Pərviz Əlikramoğlu
Aranjiman: Tərlan Məmmədli
Miks və masterinq: Oleq Naumov
Bek vokal: Aytən Zamanlı
Leybl: mikpro
Rejissor: Delee Oruclu
Quruluşçu rəssam: Qafar Heydərli
İşıqçı: Elmar Güləhmədov
Prodüser: İsmayıl Masimov
Qrim: Nazlı Malikova
Kast: Anar Bəxtiyaroğlu
Montaj və rəng: Elmar Güləhmədov
Rollarda: Respublikanın Xalq artisti Səidə Quliyeva
Shamo Hasanov
Əzizxan Əzizov
Murad Arifi sosial şəbəkələrdə izlə:
Facebook: https://mikpro.az/mura...
Instagram: https://mikpro.az/mura...
Twitter: https://mikpro.az/mura...
TikTok: https://mikpro.az/mura...
Genius: https://mikpro.az/mura...
Murad Arifi rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/mari...
Sözlər:
\x5bBənd 1\x5d
Küləyin səsi iliyimə qədər toxunur
İsti günahlarıma mənim layla oxuyur
Bu şəhər hər kəsi qova-qova namərd edir
Sonra sevgi badəsini şərəfinə vurur
Mənə de, ümidimiz varmı hələ?
Mənə de, zamanımız varmı hələ?
\x5bNəqərat\x5d
Məni qoruyan mələyim
Həyatımı sərf elədim
Dəfələrlə məyus edib
Səndən üzr istəmədim
Yalanların dəryasında
Sən həmin o saf bir ada
Mənim yorulan mələyim
Qədrini bilmədiyim
Bağışla məni
Bağışla məni
\x5bBənd 2\x5d
İşim çoxdur, danışa bilmirəm
Görüşdəyəm, sənə vaxtım yoxdur
Nə edim, daha böyüdüm
“Həyatımın ən əsas insanı” taxtın boşdur
Ürəyimə taxdım boşluğu
Valideyn sevgisinə indi yer tapılmır
Bakının qarı kimidir bu sevgi
Nə qədər yağsa da, yerdə qalmır
Dostlar, əyləncə, sevgi münasibətləri
Çayxanalar, kafelər
Saatımın əqrəbi hər şeyə vaxt tapa bilir
Deyən yox gəl vaxtına evə
Bizim işlər belədir, xatirələr bənzəyir dənizə
Cansız duyğuları dalğalar çıxarır hərdənbir üzə
Bakının küləklərindən daha çox əsdin üstümdə
Bilirəm, dualarımdakı Tanrıdan da çox
Müqəddəs idin əslində evimə
Bağışla, ana, üzdüm səni
Xəzərimsən, ruhum duzlar içində
Yoxluğun məhv etməsin deyə
Qəlbim gizlidir buzlar içində
\x5bNəqərat\x5d
Məni qoruyan mələyim
Həyatımı sərf elədim
Dəfələrlə məyus edib
Səndən üzr istəmədim
Yalanların dəryasında
Sən həmin o saf bir ada
Mənim yorulan mələyim
Qədrini bilmədiyim
Bağışla məni
Bağışla məni
Bağışla məni
Bağışla məni
Bağışla məni
Murad Arif tərəfindən Orkhan Zeynalli-nın iştirakı ilə ifa olunan \ÜZR\ parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2026
Etiketlər:
#MuradArif #OrkhanZeynalli #Üzr #mikpro