
Miro-nun \İnsan Deyil\ mahnısı artıq onlayndır.
Re Play-ə YouTube-da abunə ol: https://mikpro.az/repl...
Rəqəmsal platformalarda dinlə: https://bfan.link/insa...
Musiqi və söz: Miro
Miks və masterinq: SarkhanBeats
Səsyazma: ReplayRecords
Miro: https://bit.ly/3v5JGk9
Sözlər:
\x5bBənd 1\x5d
Bu səfərlik əfv etmişəm qəlbimdə mən
İki olmaz, aşiq qəlbim sərsəm deyil
Qalan ömrün yalnızlığının dərdində mən
O soruşmaz, dostlar, onsuz ölsəm, deyin
Bu firavan dünya sənsiz zindan mənə
Susur eşqim, qəlbim: “Nə olar, qalsın”,-deyir
Deməsinlər heç bir kəlmə ondan mənə
O soruşmaz, onsuz alışıb-yansam, deyin
\x5bNəqərat\x5d
Göz yaşları sənsiz qəlbin imdadıdır
O, buluddan sonsuz yağan leysan deyil
Bu, günahsız yalnızların fəryadıdır
Bunu unudan vicdansızdır, insan deyil
Mən ömürdən verdim kəsib bir pay sənə
Alıb hamısını getdin, ömrüm ehsan deyil
Elə getmək üçün lazımmış bir hay sənə
Qalaram tək, yalnız qalmaq nöqsan deyil
Göz yaşları sənsiz qəlbin imdadıdır
O, buluddan sonsuz yağan leysan deyil
Bu, günahsız yalnızların fəryadıdır
Bunu unudan vicdansızdır, insan deyil
\x5bBənd 2\x5d
Yıxılmışam sənsizliyin ardında mən
Bu qaranlıq sən getdiyin yoldan deyil
Yenə yalnız ulduzların altında mən
Üşüyərkən sevgin qalın yorğan deyil
Bu məhəbbət öldürdükcə ruhən məni
Bu qiyamət qəlbimdəndir, tufan deyil
Unudarkən bir gün qəfil qəlbən səni
Biləcəksən, qəlbim sonsuz zindan deyil
\x5bNəqərat\x5d
Göz yaşları sənsiz qəlbin imdadıdır
O, buluddan sonsuz yağan leysan deyil
Bu, günahsız yalnızların fəryadıdır
Bunu unudan vicdansızdır, insan deyil
Mən ömürdən verdim kəsib bir pay sənə
Alıb hamısını getdin, ömrüm ehsan deyil
Elə getmək üçün lazımmış bir hay sənə
Qalaram tək, yalnız qalmaq nöqsan deyil
Göz yaşları sənsiz qəlbin imdadıdır
O, buluddan sonsuz yağan leysan deyil
Bu, günahsız yalnızların fəryadıdır
Bunu unudan vicdansızdır, insan deyil
Mən ömürdən verdim kəsib bir pay sənə
Alıb hamısını getdin, ömrüm ehsan deyil
Elə getmək üçün lazımmış bir hay sənə
Qalaram tək, yalnız qalmaq nöqsan deyil
Miro tərəfindən ifa olunan \İnsan Deyil\ parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2025
Etiketlər:
#Miro #İnsanDeyil #mikpro