
Miro-nun \Badə-Badə \ mahnısı artıq onlayndır.
Re Play-ə YouTube-da abunə ol: https://mikpro.az/repl...
Rəqəmsal platformalarda dinlə:
Söz/mus: Miro
Miks və masterinq: SarkhanBeats
Quruluşcu Rejissor: Sarkhan
Quruluşcu Operator: Nicat Alışov
Ssenari müəllifi : Miro
Quruluşcu Rəssam: Hüseyn Muradbəyli
Səsyazma: ReplayRecords
Miro: https://bit.ly/3v5JGk9
Sözlər:
\x5bBənd 1\x5d
Nədir bəxtimizə düşən, ayrılığın adıdırmı?
Uzaq olsaq da, düşən yada yarın yadıdırmı?
Bu gələn dad acıdır, eşqimizin dadıdırmı?
Gedən onsuz da gedər, heyif, sevgi badə gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
Elə bil yıxılmışam, əl tutanım yoxdur mənim
Çinaram səhralığa, gəl, budağım yoxdur mənim
Qurumuş torpağa tən bağça-bağım yoxdur mənim
Gözümün önündə yar addım atır, yada gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
\x5bBənd 2\x5d
Mən həmin baxışlarla gözlərinin aşiqiyəm
O şirin dillərinin, sözlərinin aşiqiyəm
Mənə bağlı ikən olan hisslərinin aşiqiyəm
Həyatım təxminidir, saat radə-radə gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
Hər anı əzbərimdə qarış-qarış tellərinin
Yatıram, xəyal edirəm onla olan günlərimi
Oyanıb hiss edirəm istiliyini əllərinin
Belə halda ikən, inan, qəflətən iradə gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
\x5bBənd 3\x5d
Bu əzablarla nədir sevgi bilib sayəndə
Leylinin Məcnunuyam, söhbəti var barəmdə
Nə cəhənnəm, nə də cənnətdir maraq dairəmdə
Bu sirri bilən bilir, savaş bu dünyada gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
Dəyişib dövranım, hər kəs tanıyır, hamı bilir
Gəlmişəm qarış-qarış, danışmışam, hamı bilir
Dünyanın hər cürəsini ömür edirəm şanı bilib
Bu adam mərd yaşayıb, sadə gəlib, sadə gedib
Gedən onsuz da gedib, şərab badə-badə gedir
Miro tərəfindən ifa olunan \Badə-Badə\ parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2025
Etiketlər:
#Miro #BadəBadə #mikpro