
Mina Huseyn - Özün Günahkarsan
Söz: Kəmalə Abıyeva
Mus: Kamal
Aygün Bəylərin repertuarından.
Özün Günahkarsan - Sözlər :
\r
İllər boyu həsrətimi duymaz oldun,
İllər boyu kədərimi bölmədin də...
Çox vaxt güldüm, ağlayaraq için için,
Bircə sözlə göz yaşımı silmədin də.
Soyuqluğun buz olanda yanağımda,
Nəfəsinlə başqasını isitmisən.
Sənsizliklə yaşadıqca otağımda,
Sən də məni bir otaqda itirmisen.
Bəs bilmirdin, həsrətinlə ürəyimə,
Həsrətinin əvəzinə daş asırsan?..
Bəs bilmirdin, özün mənə yad olduqca,
Mənimçün də yavaş yavaş yadlaşırsan?..
Soyuqluğun buz olanda yanağımda,
Nəfəsinlə başqasını isitmisən.
Sənsizliklə yaşadıqca otağımda,
Sən de məni bir otaqda itirmisən.
Yad baxışlar dikilibdi gözlərinə,
Sənsə mənə peşiman qəlb gətirmisən.
Necə verim sabahımı, necə sənə?
Sən ki, mənim dünənimi itirmisən.
Nə deyim, nədir ümmanın mənim üçün?
Heç xəbərin olubmu, de, ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə,
Gözlərimdən damla damla süzülmüsən.
➤Instagram: / minahuseyn_official
➤TikTok: / minahuseynofficial
➤Facebook: / minahuseynofficial
➤Apple Music: https://apple.co/3VRT9wl
➤Spotify: https://spoti.fi/3vQvJfU
➤Deezer: https://bit.ly/3PQhn6b
➤Amazon Music: https://amzn.to/3U38WHg
➤Shazam: https://bit.ly/3TKZiaW
Kanaldakı videolar \WediaCorp Azerbaycan\ Şirkəti tərəfindən müəllif Hüququ ilə qorunur.
WediaCorp Azerbaijan - Youtube-un Azərbaycanda ilk və tək rəsmi tərəfdaşı ✊
#Mina #MinaHuseyn #OzunGunahkarsan