Dəstək

Orkhan Zeynalli ft. Lala — İkimiz (Rəsmi Audio) Mp3 Mahnı Pulsuz Yüklə.

Orkhan Zeynalli ft. Lala — İkimiz (Rəsmi Audio) Mp3 Yüklə

Orkhan Zeynalli ft. Lala — İkimiz (Rəsmi Audio) Mp3 Yüklə

Orkhan Zeynalli-nın Lala ilə birgə ifa etdiyi “İkimiz” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozey...

Prodüser: Camal Qurbanov
Söz: Orkhan Zeynalli
Miksinq və masterinq: Adil Nəcəfov
Albom koveri: Amal Alili

Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...

Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...

Sözlər:

\x5bBənd 1\x5d
Barmağın ucundakı soyuq havanı toxunmadan
Nəfəs almağın həzzin bircə dəfə boğulmadan
Həyatda bəzi xırda, dəyərli sevinclərin
Qiymətini hiss etmir itirmədən çoxun adam
Soyuq günlər aparır, həyat illər aparır
Önümüzdə olanı dərinlərdə taparıq

‘’Vaxt edib zəng edərik’’ dediklərimizin
Vaxt bitəndə vaxt tapıb rəsminə güllər atarıq
Yazışmalarda qalan uzun səs yazıları
Bütöv həyata sığmayan yarımçıq arzuları
Taleyin verdiyi rəqəmdən az adam razı qalır
Sevdiklərinin yanında özünə ev qazır hamı
Bu payız durnaların ayrılıq köçü
Bəzən həyat bitir, bəzənsə evin tavanına ağırlıq çökür
Çünki bəzən bədənlər bir evdə yaşasalar da
Ruhlar çoxdan əşyaları toplayıb, ayrılıb köçüb

\x5bNəqərat\x5d
Qoy dəniz axsın üzümdən
Sən toxunanda
Qoy Günəş sönsün evimdə
Sən yox olanda
Sönür işıqlar
Soyuq içim qar
Sən çox olanda
Mən çox olanda
Biz çox olanda

Qoy dəniz axsın üzümdən
Sən toxunanda
Qoy Günəş sönsün evimdə
Sən yox olanda
Sönür işıqlar
Soyuq içim qar
Sən çox olanda
Mən çox olanda
Biz çox olanda

\x5bBənd 2\x5d
Bəzən hiss edirsən, sevmək məcburiyyətdir
Yarıda qoyub gedirsən, olsan da məcnun niyyətli
Deyirlər, sevmək baxmağıdır iki adamın eyni nöqtəyə
Bu nöqtə hərdən sonuncu olur, növbəti təcrübə bitir
Və bu hər cürə bitir
Soyuq hər fəsil
Mahnılara çevrilir sonu nəfəsin
Harada idin axı səni səsləyəndə?
Ən yaxşı insan namizədiydin sənə səs verəndə

\x5bNəqərat\x5d
Qoy dəniz axsın üzümdən
Sən toxunanda
Qoy Günəş sönsün evimdə
Sən yox olanda
Sönür işıqlar
Soyuq içim qar
Sən çox olanda
Mən çox olanda
Biz çox olanda

Qoy dəniz axsın üzümdən
Sən toxunanda
Qoy Günəş sönsün evimdə
Sən yox olanda
Sönür işıqlar
Soyuq içim qar
Sən çox olanda
Mən çox olanda
Biz çox olanda


Orkhan Zeynalli tərəfindən Lalanın iştirakı ilə ifa olunan “İkimiz” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro” MMC tərəfindən qorunur. © 2024

Etiketlər:

#OrkhanZeynalli #İkimiz #mikpro


Üst