
Nəfəs - Sarı Bülbül
Söz/Musiqi: Meydan Əsgərov
Çəkiliş: ATV
PR Menecer: Nadir Kərimov
Sözləri:
Sarı bülbül, nə gəzirsən,
Bahar çağı bizim eldə,
Nazlı yardan xəbər gətir,
Qoyma düşüm məni dərdə.
Hələ bir züm, zümə et,
Hələ bir oxu, bülbül,
Ürəyim yaralıdı,
Bilməyir çoxu, bülbül.
Hələ bir züm, zümə et,
Hələ bir oxu, bülbül,
Ürəyim yaralıdı,
Bilirsən axı, bülbül.
Duyusun aləm, divanəyəm,
Eşq odunda pərvanəyəm,
Gəlsin səsin, sarı bülbül,
Bəlkə görəm yarı, bülbül.
Könül aşiq olub yara,
Sənə söylədim dərdimi,
Çıxıb getsəm uzaqlara,
Hər kəs biləcək sirrimi.
Nəfəs - in ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#Nefes #SariBulbul #NefesSariBulbul