
Qurban Qurbanzadə — YouTube kanalımıza abunə olmağı unutmayın!
Ən yeni mahnılarımız sizə gəlsin.
Söz / Musiqi : Babek Nur
Boylanır gözüm pəncərələrdən
Göz yorulub boş mənzərələrdən
Qalıb gözlərim yolların üstə
Gəlib bəlkə ölüm qolların üstə
Qalıb gözlərim yolların üstə
Gəlib bəlkə ölüm qolların üstə
Soruşdum səni dostu-tanışdan
Əsən küləkdən yağan yağışdan
Gəzdi kədərli baxışlar səni
Get belke Allah bağışlar səni
Gəzdi kədərli baxışlar səni
Get belke Allah bağışlar səni
Qış geri gəldi sən qayıtmadın
Düşdü saçlara dən qayıtmadın
Getdi günlərim uçan quş kimi
Kaş qayıdardın sən də qış kimi
Keçdi günlərim uçan quş kimi
Kaş qayıdardın sən də qış kimi
Sən məni boş ver mənlə kədərdi
Bir də qalan tək xatirələrdi
Gelerik hansısa yerdə üz-üzə
Biz bu şəhərdə bəlkə üz-üzə
Gelerik hansısa yerdə üz-üzə
Biz bu şəhərdə bəlkə üz-üzə
Salarsan məni yaada nəvaxtsa
Yaada olmaram dünyada nəvaxtsa
Həyat fanidi gəldi-gedərdi
Kiminəsə dərdi kiminə kədərdi
Həyat fanidi gəldi-gedərdi
Kiminəsə dərdi kiminə kədərdi
Qış geri gəldi sən qayıtmadın
Düşdü saçlara dən qayıtmadın
Getdi günlərim uçan quş kimi
Kaş qayıdardın sən də qış kimi
Keçdi günlərim uçan quş kimi
Kaş qayıdardın sən də qış kimi
© 2026 Sami İsmayilli
℗ 2026 Qurban Qurbanzade
© Bütün müəllif hüquqları \ SM MEDIA RECORDS LLC \ tərəfindən qorunur! Audio və video-vizual materialların nüsxələnməsinə icazə verilmir