Dəstək

Aygül Babayeva - Bizim dost itirən vaxtımız deyil (Official Video) Mp3 Mahnı Pulsuz Yüklə.

Aygül Babayeva - Bizim dost itirən vaxtımız deyil (Official Video) Mp3 Yüklə

Aygül Babayeva - Bizim dost itirən vaxtımız deyil (Official Video) Mp3 Yüklə

By Rəhman
opertator: Tərlan
söz: Hafiz Baxış
mus: Azər Nəsibov
aranjıman və mix master: Rəhman Əliyev
səs rejissoru: Nurlan Hatəmoğlu

Mahnının sözləri
Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil!

Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.
Var-dövlət dünyada gəlib də gedər,
Hər şeyə göz yumub dosta et meyil-
Bizim dost itirən vaxtımız deyil!

Tutmursa xasiyyət, tutmursa ürək,
Havayı duz dadıb, kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb gərək,
Olaq yaxşısına, pisinə qayil -
Bizim dost itirən vaxtımız deyil!

Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki, dəmir,
Əsl dost yolunda ikiqat əyil-
Bizim dost itirən vaxtımız deyil!

Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!


Üst