Dəstək

PRoMete — NƏSNƏ (Rəsmi Audio) Mp3 Mahnı Pulsuz Yüklə.

PRoMete — NƏSNƏ (Rəsmi Audio) Mp3 Yüklə

PRoMete — NƏSNƏ (Rəsmi Audio) Mp3 Yüklə

PRoMete-nin \NƏSNƏ\ treki artıq onlayndır.
PRoMete-yə YouTube-da abunə ol: https://mikpro.az/prom...

Rəqəmsal platformalarda dinlə: https://bfan.link/nesne

Musiqi və söz: PRoMete
Aranjiman: İslam Şirvani
Alt: Çingiz Əliyev
Gitara: Ahmed Mustafayev
Kamança: Shahriyar Musayev
Miks və masterinq: Drek

PRoMete-ni sosial şəbəkələrdə izlə:
Facebook: https://mikpro.az/prom...
Instagram: https://mikpro.az/prom...
Twitter: https://mikpro.az/prom...
Genius: https://mikpro.az/prom...
Sayt: https://www.promete.az/

PRoMete-ni rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/prom...

Sözlər:

\x5bGiriş\x5d
Bakıda dumanlıdır hava bu ara
Buludlar tez-tez enir aşağılara
Havada qalmır daha damcılar
Bəzək olur onlar yanaqlara

\x5bNəqərat\x5d
Bizi bura gətirən
Sevgi deyil, bəs nədir?
Hisslərim çox qarışıq
Bu, ayrı cür nəsnədir

\x5bBənd 1\x5d
Gözün səma hadisəsidir sanki
Tez-tez yağıntılar olur qonaq ona
Bütün dünyanın axını dəyişir
Səsin dəyən kimi mənim qulağıma

Hisslərimi yaza-yaza gedirəm
Fikrim uçur, aza-aza gedirəm
Endirir səni də dağınıqlığım
Hamı yaza, mən üzü payıza gedirəm

Üç fəsli yaşayaq, olmasın qış
Dağılmasın dünya biz tanımamış
Qocalaq bir yerdə gəzib dünyanı
Üzünü dartdırma, qoy qalsın qırış

\x5bKeçid\x5d
İndi qulağını səsim bəzər
Ağ qulaqlıqlar sanki cüt zər
Arada durub kənardan baxıram
Çox yaxşı cütük, dəyməsin nəzər

\x5bNəqərat\x5d
Bizi bura gətirən
Sevgi deyil, bəs nədir?
Hisslərim çox qarışıq
Bu, ayrı cür nəsnədir

Bizi bura gətirən
Sevgi deyil, bəs nədir?
Hisslərim çox qarışıq
Bu, ayrı cür nəsnədir

\x5bBənd 2\x5d
Dərim danışır məndən də yaxşı
Tərim alnımdan üstünə axışır
Çətin toxunuşların ortasında
Gəlişinlə həyatıma vurdun naxışı

Çətindir düşünmək səndən öncəni
Qaynar həyatıma oldun kölgəlik
Ürəyimdə çoxdur çoxuna yer
Sənin üçünsə bura ayrı bölgədir

Aşkar işarələr gərək deyil
Aşiq yarımçıqdır, tək deyil
Niyəsə hər şey çox qəribədir
Solda vuran da ürək deyil

\x5bKeçid\x5d
Üzürük eşq adlı bir dərin dənizdə
Bakının dumanı tutur əlimizdən
Olan bütün söhbətlər gedəcək
Qalacaq mahnılar Xəmsətək bizdən

\x5bNəqərat\x5d
Bizi bura gətirən
Sevgi deyil, bəs nədir?
Hisslərim çox qarışıq
Bu, ayrı cür nəsnədir

Bizi bura gətirən
Sevgi deyil, bəs nədir?
Hisslərim çox qarışıq
Bu, ayrı cür nəsnədir


PRoMete tərəfindən ifa olunan \NƏSNƏ\ parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2025

Etiketlər:

#PRoMete #NƏSNƏ #mikpro


Üst