Dəstək

Qaraqan — Laləzar Mp3 Mahnı Pulsuz Yüklə.

Qaraqan — Laləzar Mp3 Yüklə

Qaraqan — Laləzar Mp3 Yüklə

Retroqradın radiolarında daha bir sevgi mahnısı səslənir — “Laləzar.” Yeni bir sevgi hekayəsi gözümüzün önündən axıb keçir. Qəribədir… Necə olur ki, bu qədər sevgi dolu sakinlər Retroqradın içində gizlənən qaranlıqlara belə rahatlıqla göz yuma bilirlər? Yoxsa heç görmürlərmi?
Bunu anlamaq üçün Retroqrada bir az da yaxınlaşmaq lazımdır.

***

Mahnının sözləri:

Dinləyirdik klassik Qaraqan treklərini
Hisslərimizi bütün dünyadan gizlədirdik
Yaşayırdıq sanki yuxuda
Mən yazırdım “Gəl gedək, orda insanlar...”
Sən deyirdin “Ata evindəyəm, sanki zindanda”
Boğulurdu içimizdə qiyam
Bakının küçələri — bizim izlər
Hara getsəm, batır ürəyimə bizlər
Hər dəfə yeni döngədə düşünürəm, gələcəyik üz-üzə
Bu qədər uzun bir fasilədən
Sonra belə dolu içim xatirələr
Sanki bizim tərk etdiyimiz
O sevgiyə abidəyəm

Hisslər sorğulamaq üçün
Dərslər səni unutmaq üçün
Dostlar dar günümdə qorumaq üçün
Yaddaş yaralamaq üçün
Təhsil ağrıkəsicim
Təklik kim olduğumu anlamaq üçün
Amma yağış, amma kədər
Səni salır yadıma və
Gecələr mənim yuxularıma gəlirsən
Yarı qəmli, yarı xoşbəxt
Yarı sevgi, yarı nifrət
Sönən közlərini yaralarıma səpirsən

Qaçırırdı yoldan keçənlər gözlərini
Bir şəhər insan bir-birindən nəsə gizlədirdi
Qəlblərin içində sönürdü inam
Saçlarının arasında əriyirdi qar
Şaxtadan yanaqlar qıpqırmızı laləzar
Xəbərimiz yox idi ki, gəlir boran
Yadımdadır bizim o əbədi sevgi
Dediyimiz necə bir gecə bitdi
Elə bildim zarafatı taleyin, amma ciddi
Küləklər aldı saçlarını
Hüsnün itdi kölgələrdə
Söylədin “Dön gəl”
Amma ilişdi ahın zalım döngələrdə

Hisslər sorğulamaq üçün
Dərslər səni unutmaq üçün
Dostlar dar günümdə qorumaq üçün
Yaddaş yaralamaq üçün
Təhsil ağrıkəsicim
Təklik kim olduğumu anlamaq üçün
Amma yağış, amma kədər
Səni salır yadıma və
Gecələr mənim yuxularıma gəlirsən
Yarı qəmli, yarı xoşbəxt
Yarı sevgi, yarı nifrət
Sönən közlərini yaralarıma səpirsən

***

Musiqi: Qaraqan
Aranjiman: Martin D
Əlavə vokal: Hülya
Səs uzlaşması: Ege Studio

***

Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!
https://qaraqan.org/bi...

Instagram
  / qaraqanmusic  

Spotify
https://open.spotify.c...

X
  / qvrvqvn  

İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
https://qaraqan.org/elaqe

Rəsmi saytımız:
https://qaraqan.org


Üst