
RelaxBeats kanalına xoş gəlmisiniz...
Vokal : Könül Kərimova, Oqtay Kamil
Musiqi : Biləydim Gərək
Şeir : Ayrılıq
Remix : RelaxBeats
Video : Ali Videoqraf
YouTube Menecer : Pərvin Baxışlı
Əlaqə : 0559201474
Sosial şəbəkələrdə RelaxBeats :
/ itisrelaxbeats
/ itisrelaxbeats
Müəlliflik hüquqları NK Media tərəfindən qorunur. Audio - Vizual faylların yenidən yayımlanması qadağandır.
Sözləri :
Yollara çıxacam günlərdən qabaq,
Dağları uçuran sellərdən qabaq.
Əllərim uzanacaq əllərdən qabaq,
Bilirəm bu bahar qayıdacaqsan.
Günəşi üzündən gətirəcəyəm,
Yolunda lalələr bitirəcəyəm.
Həsrəti ömürlük itirəcəyəm,
Bilirəm bu bahar qayıdacaqsan.
Gözyaşım sevincdən selə dönəcək,
Kədərim od tutub külə dönəcək.
Dünya başdan-başa külə dönəcək,
Bilirəm bu bahar qayıdacaqsan.
* Şeir * *
Yoxluğun əslində görsənir sənin,
Ayrılıq varmış qəsdində sənin.
İllərin tozu var üstündə sənin,
Bir mıxdan asılmış papaq kimisən.
* * * * * *
Bu hicran, bu ayrılıq bəlli bitəcək,
Gözümün acısı nəmli bitəcək.
Qəlbimin niskini qəmli bitəcək,
Bilirəm bu bahar qayıdacaqsan.
Gözyaşım sevincdən selə dönəcək,
Kədərim od tutub külə dönəcək.
Dünya başdan-başa külə dönəcək,
Bilirəm bu bahar qayıdacaqsan.
* Şeir * *
Geriyə baxırsan yol olmuyanda,
Şeir də yazılmır hal olmuyanda.
Nə sevgi məhəbbət pul olmuyanda,
Özün öz evində qonaq kimisən.