
Apple linki: https://apple.co/355hAc0
Muud linki: https://bit.ly/2Ko2ciS
Ana ayrılığı mahnı sözləri
Ana ayrılığın yaman ağırdı,
Ağladım gözümü yaşlar apardı.
Sənsiz talan olmuş xırman yeriyən,
Daşıdı dənimi quşlar apardı.
Qaçsam da dünyanın dərd kədərindən,
Bağrım şan – şan oldu mindar yerindən.
Qəm öz kotanını çəkdi dərindən,
Şumladı sinəmi xışlar apardı .
Ana bilməzdim vüqarım sına,
Mən dözə bilmədim ana yasına.
Yaman öyrənmişdim yaz havasına,
Üşüdüm qəlbimi qışlar apardı.
Yağıdır başıma dağların qarı,
Heç oldu gözümdə dünyanın varı,
Yerimək isdədim qəbrinə sarı,
Süründüm dizimi daşlar apardı.
Kanala abunə olun: https://bit.ly/36KpCIF
İnstagram: / tacir_sahmalioglu
Tacir Sahmalioglu - Ana ayriligi (Video Clip) 2019
#TacirSahmalioglu #Anaayriligi #VideoClip