
Söz: Sevinc Çılğın
Musiqi: Xanım İsmayılqızı
Aranjiman: Rasim Məmmədov
Sözlər:
\x5bBənd 1\x5d
Divara dəyib qayıdan
Səsindən öpdüm, bilmədin
Üzünə düşən kölgənin
Üzündən öpdüm, bilmədin
Divara dəyib qayıdan
Səsindən öpdüm, bilmədin
Üzünə düşən kölgənin
Üzündən öpdüm, bilmədin
\x5bKeçid\x5d
Hörümçəksə yorulmadan tor toxuyur
Hər şey ölüm içində sevgi qoxuyur
Hörümçəksə yorulmadan tor toxuyur
Hər şey ölüm içində sevgi qoxuyur
\x5bBənd 1\x5d
İçimdə itirdiklərimi
Çöllərdə aradım
Səhralar qumdan ibarət
Mən səndən ibarət
Məcnun deyiləm, amma ki
Çöllərə düşdüm
Baxdım, gördüm, sən yoxsan
Mən tozdan ibarət
\x5bNəqərat\x5d
Sevmək üçün gecikdim
Amma ölmək üçün də çox tez
Səni içimdə öldürmədən
Yola davam etdim, bu yol səndən ibarət
Sevmək üçün gecikdim
Amma ölmək üçün də çox tez
Səni içimdə öldürmədən
Yola davam etdim, bu yol səndən ibarət
\x5bBənd 2\x5d
İçimdə itirdiklərimi
Göylərdə aradım
Bulud yağışdan ibarət
Mən səndən ibarət
Yandırdım adına da bir şam
Adın dildə duam
Baxdım, gördüm, sən yoxsan
Mən səndən ibarət
\x5bNəqərat\x5d
Sevmək üçün gecikdim
Amma ölmək üçün də çox tez
Səni içimdə öldürmədən
Yola davam etdim, bu yol səndən ibarət
Sevmək üçün gecikdim
Amma ölmək üçün də çox tez
Səni içimdə öldürmədən
Yola davam etdim, bu yol səndən ibarət
Səni içimdə öldürmədən
Yola davam etdim, bu yol səndən ibarət
Xanım İsmayılqızına YouTube-da abunə ol: https://mikpro.az/xani...
Xanım İsmayılqızını sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/xani...
Bu videonun bütün hüquqları \mikpro\ MMC tərəfindən qorunur. © 2023
Etiketlər:
#Xanımİsmayılqızı #Səndənİbarət #mikpro