
Və budur — sonlara yaxınlaşırıq. Dərəcə qarajdakı missiyanı yerinə yetirdi. Ruh artıq Retroqrada buraxılıb. Nə edəcək, necə edəcək — bunlar Dərəcəyə məlum deyil. İndi onlar Leyli adlı qızı xilas etməyə yollanırlar. Və daha neçə Leyliləri toplamağa.
Onların döyüşü realdır, dəqiqdir. Qəflətdən ayılmış Leyliləri Retroqraddan çıxarmaq üçün gedən bir mübarizədir bu. Ruh isə nə edəcək — hələ naməlumdur.
Bu epizodda biz Ruhun Retroqradla bütövləşməsi səhnəsini görürük. O artıq onlardan birinə çevrilir. Yeni dünyanın qılığına girir.
***
Mahnının sözləri:
Yenə
Retroqradın gecələri dolu adım ilə
Yenə
Bu oyunun ayağını başına çevirirəm
Yenə
Eyni deyil bizdən sonra heç nə
Rubikonu keçirəm
Mən döyüşürəm dünyalar ilə
Yenə
Akordlar la minor, amma dağılacaq Babylon, sanki daşı domino
Bura Koreatown, bizə hürən itlər restoranımızda ramen olur
Mən əminəm, əmin olun,
Götürün akvalanq, sətirlərim biraz dərin olur (wing–wing) Küləklənir highway, qarşıda renasans, hamı üçün win-win
Bu yollar daşlı və cınqıllı, kələ və kötürlü, çopurlu — rough ride
Gediri̇k, yolumuz uzun, həyatımızdan həyatımıza highlight
Fine art kimi baha mən — right vine, kimi dəli mən — sci-fi,
911 kimi gəlir bu Gotham-a Batman
Yenə
Retroqradın gecələri dolu adım ilə
Yenə
Bu oyunun ayağını başına çevirirəm
Yenə
Eyni deyil bizdən sonra heç nə
Rubikonu keçirəm
Mən döyüşürəm dünyalar ilə
Yenə
Mən Döyüşürəm dünyalar ilə
Yenə
Döyüşürəm dünyalar ilə
Yenə
Döyüşürəm dünyalar ilə
Yenə
***
Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!
https://qaraqan.org/bi...
Instagram
/ qaraqanmusic
Spotify
https://open.spotify.c...
X
/ qvrvqvn
İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
https://qaraqan.org/elaqe
Rəsmi saytımız:
https://qaraqan.org