
Orxan Lökbatanlı - Parça Parça
Söz/Musiqi: Orxan Lökbatanlı
Aranjıman: Etimad Əliyev
Cover: NK Media
PR Menecer: Nadir Kərimov
Sözləri:
Mənim gülən günüm yoxdur onsuz,
Hər günümün yarısı təəssüfdür.
Ömrümü zülmət bürüyüb sonsuz,
Səbəbi ya sənsən, ya təsadüfdür.
Təsadüf də doğar zərurətdən,
Sevən könül həsrətə məhkumdu.
Xilas eyləsin məni zülmətdən,
Ay üzlü yarın yeri məlumdur.
Parça-parça eşq yığıram ürəyimə,
Dəymə, parçalanmış ürəyimə dəymə.
Ya birdəfəlik məni öldür qurtar,
Ya vicdanın varsa, yetiş köməyimə.
Mən bu yolu gözümü yumub getdim,
Oldum amansız qədərə sürgün.
Neylədimsə sevdiyim üçün etdim,
Gözləmədim sən sevəsən bir gün.
Ömrümün ən yaşamalı anında,
Başıma nələr gəldi, nələr yaşadım.
Cavanlığın sevən zamanında,
Hər günü dağ boyda kədər yaşadım.
Orxan Lokbatanlı - nın ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#OrxanLokbatanli #ParcaParca #OrxanLokbatanli2025