
Lord Vertigo - Bir Gozelim Var Yeni Mahnı 2026
Bu mahnı Lord Vertigo (Nicat Əliyev) tərəfindən istehsal olunmuşdur. Prod. by Lord Vertigo
Söz: Zülfüqar Məhərrəmov
Sevinc Ürək söz: Lord Vertigo (Nicat Əliyev)
Musiqi: Lord Vertigo (Nicat Əliyev)
Aranjiman: Lord Vertigo (Nicat Əliyev)
PR Menecer: Nadir Kərimov (NK Media)
Menecer: Pərvin Baxışlı (Baxışlı Media)
İnformasiya dəstəyi: Annabel Vibe (TikTok)
Sənətçi: Zülfüqar Məhərrəmov, Sevinc Ürək
Sözlər: (Lyrics)
Sənlə düşünürəm, həyat gözəldir
dəqiqə gözəldir, saat gözəldir
Sən də gözəlsən, sən də əlasan
səninlə hər şey, ikiqat gözəldir
Ağlımı başdan alır bu sözlərin
məni görən zaman gülür gözlərin
ən böyük zövqüm sən olmusan mənim
başın buraxmışam başqa həzzlərin
Bir sevənim var, məni görməsə ölür o
dərdimə xəstə, məni görəndə gülür o
bir gözəlim var, onu görməsəm ölləm
bir mələyim var, onu görəndə gülləm
yazan yazıbdır, onu bəxtimə, billəm
mənə bir kəlmə gəl desə, gəlləm
qaşım qəşəngdir, necə gözüm qəşəngdir
özüm də qəşəngəm, axı üzüm qəşəngdir
qaşın qəşəngdir, necə gözün qəşəngdir
özün qəşəngsən, axı üzün qəşəngdir
Tut əlimi biz hər zaman bir olaq
yaxşı olar həyat romantiksayaq
çıxaq, gedək səssiz olan bir yerə
kimsə olmasın, ikimiz tək qalaq