
Mus:Nadir Əzimov
Soz:İlham Mirzəyev
Aranjiman Rəşad Huseynov
Балоглан Ашравоф
Baloğlan Əşrəfov Anacan həyəatım mənim
Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.
1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi \Turac təranələri\ radio olimpiadasının qalibi olub. 1974-cü ildə keçirilən \Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı\nda qalib olub və diplomu ona Şövkət Ələkbərova təqdim edib. 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il Azərbaycan dili və ədəbiyyat müəllim işləmişdir.Baloğlan Əşrəfov 1979-ci ildən 1983-ci illər ərzində Azərbaycan Dövlət Filarmoniyasında hər il dəfələrlə solo konsert proqramları ilə çıxış etmişdir.
İslam Rzayevin ansamblında çalışarkən Azərbaycanın bütün rayon və kəndlərində çıxışlar etmişdir.
1989-cu ildə yaratdığı \Şəhriyar\ (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər vermişdir.Baloğlan Əşrəfov 2008-ci ildən 2013-ci ilə qədər Arif Qaziyevin rəhbərlik etdiyi Dövlət muğam teatrında solist kimi işləmişdir.
Baloğlan Əşrəfov oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib.Bir sıra mahnıların sözlərinidə özü yazıb.Dünyanın bir sıra ölkələrində — Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı təmsil edib.
\Səsi quran sədasıdır\ kitabında digər sənətkarlar ona öz rəylərini vermişlər. \Nədəndir\