
Üzeyir Mehdizadə - Gecikmə
Söz, Musiqi: Üzeyir Mehdizadə
Aranjiman / Mix / Master: Üzeyir Mehdizadə
Rejissor: Xəyal Murtuzov
Youtube Menecer: Nadir Kərimov
\Gecikmə\ - Sözləri (Lyric)
Sənə tərəf gəlim mi sənə gəlim mi
Darıxdın mı mənim üçün yenə gəlim mi
Mən hazıram xəbər ver mənə xəbər
Duyum səndən özün de mənə gəlim mi
Gəl ay üzlüm gecikmə çalış gecikmə
Günəş gözlum gecikmə çalış gecikmə
Güman yoxdur sabaha güman sabaha
Şirin sözlüm gecikmə çalış gecikmə
Bu ayrılıq zamanı nə uzun oldu
Həyatdayıq qovuşmaq nədən xəyaldır
Dəyər verək zamana zaman dəyərli
Görərsən ki zaman yox ömür azaldı
Ürəyimdən keçibdir hər an görüşmək
Bir az sənlə danışmaq bir az gəzişmək
Uzaq durmaq ziyandır sənin olannan
Həkim deyib xeyirdir sevib sevilmək
Hələ də gözləyirəm səni inamla
Yenidən görüşək biz həmin məqamla
Əlim-qolum soyudu təmiz həyatdan
Yenidən qovuşaq biz məni tamamla
Cavabsız qalmasın qoy bütün suallar
Nəyimizə gərəkdir bu gizli hallar
Bizə aid maraqlı hələ nələr var
Bizim ilə bağlı çoxdur gözəl xəyallar
Üzeyir Mehdizadə - nin ifasında təqdim olunan “Gecikmə” adlı bu audio və video məzmun \Uzeyir Production\ tərəfindən rəsmi şəkildə qorunur. Məzmunun icazəsiz kopyalanması, yenidən yüklənməsi və təkrar yayımı qadağandır.
© Uzeyir Production. Bütün hüquqlar qorunur