
Qurban Qurbanzadə Babək Nur – Bir Qərib Aşiqin (Rəsmi Audio)
\Bir Qərib Aşiqin\ – sevgi, həsrət və ayrılığı duyğulu sözlər və melodiya ilə əks etdirən yeni ifadır. Mahnını bəyəndinizsə, videonu bəyənin, şərh yazın, dostlarınızla paylaşın və yeni mahnılardan xəbərdar olmaq üçün kanala abunə olun.
🔔 Abunə olmağı unutmayın!
👍 Bəyənin • 💬 Şərh yazın • 📤 Paylaşın
Söz/Musiqi: Babək Nur
Pr Menager: Sami İsmayıllı
Bir qərib aşiqin, qəm düşdü gözünnən
Elə bil bu dünya, cəm düşdü gözünnən
Yenə damla-damla, nəm düşdü gözünnən
Səssizcə bir gecə xəlvət
Məndə var xatirən, onu saxladım mən
Qürurumu əymədim, dərd əyağladım mən
Var birgə şəklimiz, baxdım ağladım mən
Olsa da içimdən nifrət
Gecələr bənziyir, gözünün rənginə
Qulağ həsrət qalıb, telefon zənginə
Yoxluğun aşiqi, alıb öz cənginə
Bu nə taley, bu nə həsrət
Səni sənsiz anıb, düşünmüşəm hər an
Qədrimi bilmədin, aldı səndən zaman
Yolunda qalmışam, birxəbər birgüman
Səni görmək ola qismət
Gecəyə zülmətə, qəmə dustağam mən
Gəl danış dərdini, sənə ortağam mən
Payıza tuş gələn, kimsəsiz bağam mən
Bağ verdi bağbana əzyyət
Olsun ömrüm belə, bunu istəməzdim
Gedəndə diyərdin, sənə dur deməzdim
Qərarın qəfildi, bunu gözləməzdim
Edəsən eşqə xəyanət
Sənə safdı sevgim, bunu danmadım yar
Bezmədim özümdən, mən usanmadım yar
Sevdim səni sonsuz, heç utanmadım yar
Çəkirəm indi xəcalət
Hardasan kimləsən, xəbərim olmadı
Mənim səndən ayrı, kədərim olmadı
Neyləyim gözündə, dəyərim olmadı
Vermədin sevgimə qiymət
#QurbanQurbanzade #BabekNur #BirQeribAsiqin #YeniMahnı #AzeriMusic #AzərbaycanMahnıları #DuyğuluMahnı #SevgiMahnısı #OfficialAudio #Music2026