
Afet Fermanqizi - Vetenime Bagliyam (Yeni Klip 2026)
Söz: Mirvari İlham
Bəstə: Ceyhun Qurbansoy
Aranjiman: Oruc
YouTube Mencer: Eliko Genceli
Toyla Bağlı Əlaqə: +79688790000
Soruşsalar kiməm mən haralıyam,
Bu eldənəm , bu dağların oğluyam.
Ellər mənim,dağlar mənim oylağım,
Həm aranlı həm də qarabağlıyam.
Vurğunuyam təbiətin çöllərin,
Vurğunuyam meşələrin göllərin,
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə Vətənimə bağlıyam.
Axtar məni,dağların zirvəsində,
Axtar məni,çinarın kölgəsində,
Axtar məni saf suların səsində,
Öz eşqimlə Vətənimə bağlıyam.
Soruş məni dağda əsən yellərdən,
Coşub daşan dəli dəli sellərdən,
Soruş məni çiçəklərdən güllərdən,
Öz eşqimlə Vətənimə bağlıyam.