
Vəfa Şərifova - Vətənimə Bağlıyam
Söz: Mirvari İlham
Musiqi: Ceyhun Qurbansoy
Aranjıman: İsmayıl Əlizadə
Saz: Ceyhun Sazmen
Rejissor: Dadaş Ağayev
Stilist: Mikayıl Hüseynov
Vizajist: Elman Hacıyev
PR Menecer: Nadir Kərimov
Xüsusi Təşəkkürlər: Qəbələ Xanlar Məkanı
Vəfa Şərifova Sosial Şəbəkələrdə
Instagram: https://nkmedia.az/vefaig
TikTok: https://nkmedia.az/vefatt
Facebook: https://nkmedia.az/vefafb
Sözləri:
\x5bBənd 1\x5d
Soruşsalar, kiməm mən, haralıyam?
Bu eldənəm, bu dağların oğluyam.
Ellər mənim, dağlar mənim oylağım,
Həm aranlı, həm də qarabağlıyam.
\x5bKeçid\x5d
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.
\x5bNəqarət\x5d
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
\x5bBənd 2\x5d
Axtar məni dağların zirvəsində,
Axtar məni çinarın kölgəsində,
Axtar məni saf suların səsində,
Öz eşqimlə vətənimə bağlıyam.
\x5bKeçid\x5d
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.
\x5bNəqarət\x5d
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
\x5bBənd 3\x5d
Soruş məni dağda əsən yellərdən,
Coşub daşan dəli-dəli sellərdən,
Soruş məni çiçəklərdən, güllərdən,
Öz eşqimlə vətənimə bağlıyam.
\x5bKeçid\x5d
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.
\x5bNəqarət\x5d
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Vəfa Şərifova - nın ifasında təqdim olunan “Vətənimə Bağlıyam” adlı bu audio və video məzmun \NK Media\ tərəfindən rəsmi şəkildə qorunur. Məzmunun icazəsiz kopyalanması, yenidən yüklənməsi və təkrar yayımı qadağandır.
© NK Media. Bütün hüquqlar qorunur