
Lia Storminin \Aldandım\ mahnısı artıq onlayndır!
Lia Stormi-yə YouTube-da abunə ol: https://liastormi.lnk....
Musiqi və söz: Eli Türkoğlu
Aranjiman: Eli Türkoğlu
Səsyazma: BlackCat By Zamik
Miks və masterinq: Dahin
Operator: Toğrul Qəhrəmanlı
Assistent/İşıqçı: Taleh Qurbanov
Məkan: Seyidbəyli Studio
Artist foto: Toğrul Qəhrəmanlı
Montaj: Ravil Askerov
Rəng: Ravil Askerov
Makiyaj: by Ceka
Lia Stormini sosial şəbəkələrdə izlə:
Instagram: https://liastormi.lnk....
TikTok: https://liastormi.lnk....
Sözlər:
\x5bBənd 1\x5d
İndi, nə olar, məndən başqasının əlindən tutma
Dərdim böyüyər, sən qəti heç yad gözlərə baxma
Artar daha yaralar qəlbimdə, gec sağalar
Məni belə gözüyaşlı, öz başıma buraxma
Yuxularıma qərq olan insan, deyin, haradadır?
Onu sevən insan onsuz çox pisdir, ah, dardadır
Bilmirəm, nə haldadır, məndən çox uzaqdadır
Bəlkə də, rahatdır, bir özgənin qollarındadır
\x5bNəqərat\x5d
Gəl, daha dözümüm yox, qalmadı halım, dön artıq
Bəs bizə belə nə oldu, ey zalım, amalım?!
Mən səni tanıdım və özüm kimi sandım, aldandım
Varmı ki buna, söylə, bir cavabın, ya sualın?
\x5bBənd 2\x5d
Acı versə də gerçəklər
Budur, umuram ki, özləmi keçər, bitər
Adı qalsa da qəlbimdə
Bir gün gələr, o da amansızca silinər
Səndən yox xəbər, gözlərim kədər
Gözlədim, yetər, gəlmədin betər
Oldum birtəhər, dözdüm hər səhər
Yoxluğuna, məni boğdu bu qəhər
Səndən yox xəbər, gözlərim kədər
Gözlədim, yetər, gəlmədin betər
Oldum birtəhər, dözdüm hər səhər
Yoxluğuna, məni boğdu bu qəhər
\x5bKeçid\x5d
Söylə, necə bitər axı belə sevgilər?
Bürüyər, inan, bədəni qara kölgələr
Hara qədər olar axı bu bəhanələr
Görəsən, başıma gələcək daha nələr?
\x5bNəqərat\x5d
Gəl, daha dözümüm yox, qalmadı halım, dön artıq
Bəs bizə belə nə oldu, ey zalım, amalım?!
Mən səni tanıdım və özüm kimi sandım, aldandım
Varmı ki buna, söylə, bir cavabın, ya sualın?
Lia Stormi tərəfindən ifa olunan \Aldandım\ parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2026
Etiketlər:
#LiaStormi #Aldandım #mikpro