
Zeynəb Həsəni - Qiyamətdir Allah Allah
Musiqi: Cavanşir Quliyev
Söz: İsmixan Məmmədov
Aranjıman: İsmayıl Əlizadə
Produser: Elvin Salmanov
PR Menecer: Nadir Kərimov
Sözləri:
Sızıldayan bir simdir o,
Ovsunlandım, tilsimdir o,
Bu hüsn ilə hər kimdir o,
Qiyamətdir, Allah, Allah.
Bu biçimdə olmaz mənə,
Rəvayətdir, Allah, Allah,
Can nə şeydir, əsirgəməy,
Cinayətdir, Allah, Allah.
O gözlərdə sönüb qalmış,
Bir dastana dönüb qalmış,
Məhəbbətdən donub qalmış,
Hekayətdir, Allah, Allah.
Bu biçimdə olmaz mənə,
Rəvayətdir, Allah, Allah,
Can nə şeydir, əsirgəməy,
Cinayətdir, Allah, Allah.
Zeynəb Həsəni - nin ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#ZeynebHeseni #QiyametdirAllahAllah #ZeynebHeseni2026