
İntiqam Kərimov ft Vəfa Şərifova - Tufanla Oynama (Konsert Çıxışı)
Söz: Mirvari Dilbazi
Musiqi: Mikayıl Vəkilov
Aranjiman: Elvin Musayev
Videograph: Yusif Şıxıyev
PR Menecer: Nadir Kərimov
Sözləri:
Dəniz küləklə oynadı,
Ərşi-fələklə oynadı.
Yaşıl çəməndə dalğalar,
Düm ağ çiçəklə oynadı.
Dəniz o mavi gözlü qız,
Çaşdı tufanla oynadı.
Ürəklə, canla oynadı,
Coşdu içindən qaynadı.
Sən də tufanla oynama,
Sən də tufanla oynama.
Dəniz kimi coşma gülüm, ay gülüm,
Coşub içindən qaynama,
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri.
Bu eşqi sürdüm bircə gün,
Bir gün oldu bu toy-düyün.
Çəkildi getdi dalğalar,
Dəniz də susdu büsbütün.
Vəfa Şərifova - nın ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#VefaSerifova #İntiqamKerimov #TufanlaOynama