
Vefa Serifova - Canimsan Menim
Rejissor: Bextiyar Elekberov
Söz - Mus: Fuad Teqvali
Aranjor: Elvin Musayev
Make up: Gunay Mustafa
Sözləri:
Ürəyimin vuran həzin səsi,
İstəmirəm başqa heç kəsi.
Mən sənə sevginin xəstəsi,
Dərdimə dərmanımsan mənim.
Dərdimə dərmanımsan mənim.
Səni sevirəm, canımsan mənim,
Dərdimə dərmanımsan mənim.
Səni sevirəm, canımsan mənim,
Hər dəqiqəm, anımsan mənim.
Aşiqinəm, canım-ciyərim,
Şirinimsən, balım-şəkərim.
Sevgidə sənsən şah əsərim,
Romanım, dastanımsan mənim.
Romanım, dastanımsan mənim.
Yazan yazıbdır, qismətimsən,
Mənim eşqim, məhəbbətimsən.
Ən gözəl arzum, niyyətimsən,
Dəyərli insanımsan mənim.
Dəyərli insanımsan mənim.
Can deyənim, arzu-muradım,
İlim, ayım, günüm, saatım.
Qadan alaram sənin, həyatım,
Ürəyimsən, canımsan mənim.
Ürəyimsən, yarımsan mənim
Vəfa Şərifova - nın ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!