Dəstək

Balaeli & Baba Qedirli - Men Hacan Esqe Xeyanet Elemisem ( Yeni 2026 ) Mp3 Mahnı Pulsuz Yüklə.

Balaeli & Baba Qedirli - Men Hacan Esqe Xeyanet Elemisem ( Yeni 2026 ) Mp3 Yüklə

Balaeli & Baba Qedirli - Men Hacan Esqe Xeyanet Elemisem ( Yeni 2026 ) Mp3 Yüklə

Balaeli Baba Qədirli - Mən Hacan Eşqə Xəyanet Eləmişəm ( Yeni 2026 )

Xüsusi Təşəkkürlər: Sami İsmayıllı

Söz: Balaəli Rzayev, Baba Qədirli
Musiqi: Balaəli Rzayev
Aranjiman: Lord Vertigo (Nicat Əliyev)
Gitara: Əli Babayev
PR Menecer: Nadir Kərimov
İnformasıya Dəstəyi: Nicat İsmayıloglu
Layihə rəhbəri: Elvir Babayev

\Eşqə Xəyanet Eləmişəm\ - Sözləri (Lyric)

Nə bilirdim axı bu hissiyyatı
Sevgini musiqini şeiriyyatı
Sən gələndən sonra sevdim həyatı
Sən gedəndən sonra nifrət eləmişəm

Mən haçan eşqə xəyanət eləmişəm
Sənə öz canımı əmanət eləmişəm
Qara saçlarımı ağartmısan mənim
Səndən Allaha şikayət eləmişəm

Gör nələr yazmamışam nə yazmışam
Çox heyif iki dənə cümlə yazmışam
Öz həyatım adlı nəğmə yazmışam
Sən olan yerini nəqarət eləmişəm

Düşüb bu çöllərə azan mənəm
Bu yolda udan sən uduzan mənəm
Bu sevgi nəğməsini yazan mənəm
Özüm haqqında rəvayət eləmişəm

Son görüşümüz yadıma düşdü yenə
Nə dedim ki dedim ayrılma sənə
Geri döndün elə baxdın ki mənə
Elə bildim ki cinayət eləmişəm

Həsrətin versədə işgəncə zülüm
İntizarın məni qoymaz ki ölüm
Olduğun yerdə dayan gəlmə gülüm
Daha sənsizliyə adət eləmişəm

Gələcəksən deyə qapıya qaçmışam
Sevinib sanki göylərə uçmuşam
Yandırıb şamları süfrə açmışam
Amma tək başına ziyafət eləmişəm

Bulağım şəlaləm dənizimdə sən
Günəşim ayımda ulduzumda sən
Suyum havam çörəyim duzumda sən
Mən məni səndən ibarət eləmişəm


Üst